Viktor Qutırya () — görkəmli neft kimyaçısı olmaqla yanaşı həm də dövlət xadimi idi. İki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək bayrağı, "Şərəf nişanı", "Oktyabr inqilabı" ordenləri və medallarla təltif edilmişdir.

Həyatı 11 sentyabr 1910-cu ildə doğulub.

21 oktyabr 1983-cü ildə Kiyevdə vəfat edib.

Fəaliyyəti 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya şöbəsini bitirdikdən sonra 37 il ərzində Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda çalışmışdır. 1942-ci ildə həmkarları ilə birlikdə aviabenzinin hazırlanması və sənaye miqyasında tətbiqinə nail olduğuna görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 1944-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almış, 1949-cu ildə Azərbaycan EA-nın həqiqi üzvü, 1953-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilmişdir.

Onun rəhbərliyi ilə seolitlər üzərində aparılmış alkilləşmə (transalkilləşmə) disproporsiyası reaksiyaları nəticəsində meti ləvəzli aromatik karbohidrogenlərin alınma reaksiyası kəşf edilmişdir.

İstinadlar

Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri