"Qozbel dağ" () — Enq Linin 2005-ci ildə ekranlaşdırdığı bədii film. Film iki kovboyun bir-birinə olan sevgi hissləri haqqındadır və bu film tarixində ilk gey-vestern janrında çəkilmiş film hesab edilir.Ъ-Власть — Ковбой-френды Filmin əsasını Enni Prunun eyniadlı hekayəsi təşkil edir. Filmin ssenari-müəllifi Diana Ossana və Larri Mak Mörtridir. Filmdə əsas rolları Hit Lecer, Ceyk Cillenhol, Enn Heteuey və Mişel Vilyams canlandırmışlar.Proulx, Annie; McMurtry, Larry; Ossana, Diana (2005, 2006). Brokeback Mountain: Story to Screenplay. London, New York, Toronto and Sydney: Harper Perennial. ISBN 978-0-00-723430-1.
"Qozbel dağ" filmi bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl Qlobus və Independent Spirit Awards kimi mükafatlar var.
Süjet
ABŞ, Vayominq ştatı, 60-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər. Gecə onlar cinsi əlaqəyə girirlər və bununla onların romantik əlaqələri başlayır.
Yay işlərinin bitməsi ilə onlar ayrılırlar. Payızda Del Mar nişanlandığı Alma ilə evlənir, onların iki qızı doğulur. Tvist Texasa köçür, orada özünün rodeo arzusunu yerinə yetirir. Texasda o Lurin Nyusam ilə tanış olur və onunla evlənir. Cütlüyün oğlan uşağı doğulur. Lurinin valideynləri bu evlilikdən narazıdırlar, ata açıq-açığına Cekə xor baxır, həmişə onu alçaldır. Cek belə ailə həyatından bezir, o sevdiyi Ennisi düşünür.
Dörd il müddətində bir-birindən ayrı düşəndən sonra, Ennis Cekdən yenidən görüşməyə çağıran açıqca alır. Ennisin ani cavabından sonra, Cek dərhal onunla görüşməyə gedir. Görüşdükdən sonra, onlar öz sevgisinin daha da coşduğunu, gücləndiyini aşkar edirlər. Cek Tvist Ennislə birgə bütün adamlardan təcrid olunmuş, tənha bir rançoda yaşamaq istəyir və ona bu haqda təklif də edir. Del Mar bunun mümkünsüzlüyünü deyir və bunu uşaqlıqda şahid olduğu bir hadisə ilə izah edir — uşaqlıqda, Ennisin atasının fəal iştiraki ilə, başqa bir kişi ilə cinsi əlaqədə olan, qonşusu olan oğlanı vəhşicəsinə öldürmüşdülər. Del Mar, Cekin ona təklif etdiyi birgə yaşam tərzinin heç də yaxşı bitməyəcəyini deyir. O öz iki qızını çox istəyir və belə çətin vəziyyətdən çıxış yolu tapa bilmir, ona görə də hər şeyin necə var elə də saxlanılmasını təklif edir. Cekə olan məhəbbəti və ailə öhdəlikləri arasında parçalanan Ennis sonda dözmür və Almaya boşanmağı təklif edir. Alma razılaşır, amma nikahın ləğv edilməsinə baxmayaraq, Ennis onun uşaqlarının yaşadığı şəhəri tərk etməkdən imtina edir.
Birlikdə yaşamaqdan və açıq şəkildə öz əlaqələri haqda açıqlamaqdan məhrum olduqlarından, Ennis və Cek azadlıqda öz hisslərindən zövq almaq üçün təsadüfi dağa qalxmaları ilə məmnum olmağa məcbur olurlar. Dağda onlar özlərinin ilk görüşünü xatırlayırlar. Onların münasibətləri iyirmi il müddətində davam edir. Duyğuların və hisslərin dərinliyi azalmır və Cek o ümidlə yaşayır ki, bir gün gələcək və onlar nəhayət birgə yaşayacaqlar.
Onların ürək sarsıdıcı və bununla belə, gərgin görüşündən bir neçə ay sonra, Ennis Cekin öldüyünü öyrənir: onun Cekə yeni görüş barədə göndərdiyi açıqca yenidən ona, üstündə "Məktub alan şəxs ölüb" qeyd edilərək qaytarılır.
Gərgin telefon danışığında, Cekin həyat yoldaşı Lurin, Ennisə Cekin ölümünün rəsmi açıqlamasını verir, onun bədbəxt hadisə nəticəsində öldüyünü söyləyir. Lakin o, bu hadisələrin özünəməxsus versiyasını görür: Cek homofoblar tərəfindən qətlə yetirilib. O həmçinin Lurindən öyrənir ki, Cek, onun külünün Qozbel dağında sovrulmasını arzulayırdı. Ennis Cekin valideynlərini ziyarət edir. Onun atası Ennisə, oğlunun sonuncu istəyini yerinə yetirməkdən imtina edir. Bunun yerinə, o israr edir ki, onun qalıqlarını ailə qəbirsanlığında basdırılsın.
Cekin yataq otağında yerləşən divar şkafında (onun anası Cekin orada yaşadığında otaq hansı vəziyyətdə idisə o cür də saxlayıb) Ennis tel asılqanında Cekin iki köhnə, biri o birinin üstündə asılmış köynəyini görür. Bu köynəklərdə onlar Qozbel dağda sonuncu dəfə görüşərkən geyinmişdilər. Köynəyin üzərində qan izləri də var; bu 1963-cü ilin avqust ayında, sevgililər arasında yaranan dava zamanı baş vermişdi. Valideynlərin icazəsi ilə, Ennis bu iki köynəyi özü ilə aparır. O köynəkləri birləşdirərək, onun Ceklə Qozbel dağda yaşanan təmiz, bütün ətrafı bürüyən sevgisini xatırlayır.
Filmin son kadrlarında Ennis Del Mar, onun sevimli qızı Almanın toyu barədə eşitdikdən sonra (o rançoda, köhnə treylerdə yaşayır) gözyaşları içərisində iki asılmış köynəyə və Qozbel dağ təsvirli açıqcaya baxır. Hekayənin mətninə əsasən, Ennis uzaq rançoda tək-tənha yaşayır, onun bütün həyatı xatirələr üzərində davam edir və onun əhval-ruhiyyəsi gecə yuxuda Ceki görüb-görməməyindən asılı olur.
Rollarda
+ Aktyor Rol Hit Ledcer Ennis Del Mar Ceyk Cillenhol Cek Tvist Mişel Vilyams Alma (Cekin həyat yoldaşı) Linda Kardellini Kessi (Ennisin həyat yoldaşı) Anna Feris Leşon Meloun Rendi Kueyd Co Agirr Keyt Mara Alma (Ennisin balaca qızı)
İstehsal Filmin əsasını təşkil edən Enni Prunun eyni adlı hekayəsi, ilk dəfə 13 oktyabr 1997-ci ildə The New Yorker jurnalında çap olunmuşdu. Ssenarinin ilk variantı Larri Mak Marti və Diana Ossano tərəfindən hələ 1990-cı illərin sonlarında hazırlanmışdı, ancaq o zaman maliyyə dəstəyi tapmamışdı. Ssenari müəllifləri şəxsən yazıçıdan onun əsərinin adaptasiya hüququnu əldə etmişdirlər. Rejissor kürsüsü üçün ilk olaraq namizəd şəklində Koel Şumaher və Qas Van Sent irəli sürülmüşdü.
Çəkiliş zamanı səhnələrin birində Hit Lecer çılpaq şəkildə gölə tullanmalı idi. Sonradan rejissor filmin final versiyasında bütün çılpaq səhnələri çıxarmağı qərara almışdı. BUna baxmayaraq hər yerdə qarşıya çıxan paparazzilər Hitin çəkiliş yerində çılpaq olarkən bir neçə fotoşəklini çəkə bilmişdilər. Tezliklə bu qalmaqallı fotolar internetdə və "sarı mətbuatda" yayılmışdı. Cillienhollun iddialarına əsasən, öpüş səhnəsi zamanı Hit Lecer az qala onun burnunu sındırırdı.
Film musiqisi
"Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.
Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi.
Gəlirləri "Qozbel dağ" filmi 14 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 5 milyon dollar reklam büdcəsinə malik olmuşdur. Film müəlliflərinin müsahibələrinə görə Focus Features filmdən gəlir əldə etməzdən əvvəl, istehsala çəkilən xərclərin təlafi edilməsi imkanına malik olmuşdur.
Məhdud şəkildə yayımlanmasına baxmayaraq, ABŞ-də (Nyu-York, Los-Anceles və San Fransiskoda) 9 dekabr 2005-ci ildə satışa çıxarılmış film ilk həftəsində kinoteatrlardan $547,425 qazanc gətirmişdir.
Milad həftəsində film yalnız Nyu-York və Los-Anceles kimi mərkəz şəhərlərdə deyil, eyni zamanda Portlend, Hyuston, Çikaqo, Dallas, Denver və Atlanta kimi əyalət şəhərlərdə də bütün filmləri üstləyərək böyük gəlir əldə etmişdir. 6 yanvar 2006-cı ildə filmin yayım əhatəsi 483 kinoteatr həcmində genişləndirilmiş, 13 yanvar 2006-cı ildə filmin distribütoru olan Focus Features filmin davam edən təbliğinin davamı olaraq Şimali Amerikanın 700 kinoteatrında yayımlanmasəna başlamışdır. Beləliklə, film, Şimali Amerikada, 20 yanvarda 1194, 27 yanvarda 1652 və 3 fevralda 2089 kinoteatrda vizyona girmişdir.
"Qozbel dağ"ın kinoteatr göstərisi müddəti 133 gün davam etmiş və film Şimali Amerikada $83,043,761 gəlir əldə etmişdir. Dünya üzrə isə film əvvəlcə $95,000,000 gəlir əldə etmiş, daha sonra bu məbləğ $178 milyona kimi yüksəlmişdir. Bu film Focus Featuresin ən çox gəlir gətirən filmi olmaqla yanaşı, gəlirinə görə vestern filmləri arasında (1979-cu ildən bəri) beşinci, romantik dramlar arasında (1980-ci ildən bəri) isə səkkizinci olmuşdur.
Londonda film, 30 dekabr 2005-ci ildə yalnız bir kinoteatrda vizyona girmiş, 6 yanvar 2006-cı ildə isə Birləşmiş Krallıqda geniş yayıma başlanmışdır. 11 yanvar 2006-cı ildə "Time Out" jurnalının verdiyi məlumata görə film üç həftə ərzində Londonda ən çox izlənən film olaraq qalmışdır.
Fransada film, 18 yanvar 2006-cı ildə 155 kinoteatrda (ikinci həftədə kinoteatrların sayı 258-ə, üçüncü həftədə isə 290-a çatmışdır) vizyona girmişdir. Birinci həftəsində "Qozbel dağ" Fransada 277,000 insan tərəfindən (hər kinoteatra 1,787 hesabla) izlənərək Fransada həmin həftə üçüncü gəlirli film olmuşdur. 20 yanvarda İtaliyada vizyona girən film ilk üç gündə 890,000 avro gəlir gətirmiş və ilk həftəsində ölkədə ən çox gəlir gətirən film olmuşdur.
"Qozbel dağ" Avstraliyada 26 yanvar 2006-cı ildə vizyona girmiş və gəlirinə görə dördüncü yerdə qərarlaşmışdır. İlk həftəsində film ölkə üzrə yalnız 48 kinoteatrda nümayişə başlamışdır. Əksər Avstraliya tənqidçiləri filmi yüksək dəyərləndirmişlər. 2006-cı ilin ilk üç ayında "Qozbel dağ" filmi bir sıra başqa ölkələrdə də vizyona girmişdir.
Çıxarılmasının ilk həftəsində "Qozbel dağ" Honkonqda gəlir miqdarına görə birinci yerə qalxmış və $473,868 gəlir (hər kinoteatr üzrə $22,565) gətirmişdir.
"Qozbel dağ" 17–19 yanvar arasında ABŞ-də ən çox gəlirli film olmuş və görünür bu fakt filmin "Qızıl Qlobus" mükafatı qazanmasına da təkan vermişdir.
Həqiqətən də, 17–28 yanvar tarixlərində, bazar günü də daxil olmaqla (insanların daha çox kinoteatrlara üz tutduğu və filmlərin maksimum gəlir günü) ABŞ-də film hər gün ən çox gəlir gətirən filmlərdən biri olmuşdur. 28 yanvarda film ilk beşlikdən çıxaraq altıncı yerdə qrarlaşmış, 30 yanvarda yenidən ilk beşliyə qayıdaraq 10 fevrala kimi mövqeyini qorumuşdur.
Filmin rejissoru olan Enq Linin vətəni Tayvanda film 20 yanvar 2006-cı ildə vizyona girmiş və 20 aprelə kimi sərgilənmişdir.
20 fevral 2006-cı ildən eBayda filmdən olan qoşa köynəklər satılmağa başlamış və $101,100.51 gəlir gətirmişdir. Bu satışdan əldə edilən gəlir Kaliforniya Uşaq Xeyriyyə Cəmiyyətinə bağışlanmışdır.
Qəbuletmə
Peşəkar kinotənqidçilər filmi müsbət qəbul etmişlər. Film, Boston Film Tənqidçiləri Cəmiyyəti, Dallas-Fory Vort Film Tənqidçiləri Asossasiyası, San Fransisko Film Tənqidçiləri Dairəsi, Şimal-Şərq Film Tənqidçiləri Asossasiyası, Utah Film Tənqidçiləri Cəmiyyəti, və BAFTA mükafatlarını qazanmışdır.
Qozbel dağ, Rotten Tomatoes saytının 223 təhlilçisi arasında keçirilmiş səsvermə nəticəsində 87% səs qazanmış və saytın konsesusu — film gözəl epik gey vestern janrında, Lecer və Cillenhollun bir-birinə qarşı ürəksarsıdan bir sevgi hekayəsi canlandırdığı istiqamətində olmuşdur. Film həm də Metacritic'də 100 baldan 87-ni qazanmışdı, bu da filmə olan böyük rəğbət hissi ilə əlaqələndirilir. Film Christianity Today dən də müsbət rəy qazanmışdı. Konservativ radioaparıcı Maykl Medved filmə 3,5 ulduz vermişdi və bunu homoseksual gündəmdə filmin çox açıq-saçıq səhnələri olması ilə izah etmişdi.
Filmin çəkilməyinin əsas əhəmiyyəti, onun heç bir LGBT qurumlarının vətəndaş hüquqlarına yönəlmiş hərəkatına istinad edilmədən, sadəcə eyni cinsdən olan insanların bir-birinə olan sevgisindən danışmış olmasıdır. Bu filmdə sevginin faciəvi aspektləri vurğulanır, bir çox şərhçilər Ennis və Cekin hekayəsini, Romeo və Cülyetta kimi klassik və ya Titanik kimi daha yeni, bədbəxt sevgililər mövzusunda çəkilmiş filmlər sırasına əlavə edir. Klassik romanlarla əlaqə təsadüfi deyil; filmin posteri Ceyms Kemeron Titanik filminin posterinə oxşayır, Enq Linin əməkdaşı Ceyms Şeymus filmin plakatlarına baxır və onu "bu günə qədər çəkilmiş ən romantik filmlər" sırasına daxil edir.