Şeybə ibn Haşim və ya bilinən adı ilə Əbdülmüttəlib (; ) — Qureyş qəbiləsinin Bəni-Haşim tayfasının rəhbəri idi. Məhəmmədin babası. O, vəfatına qədər nəvəsini himayə etmiş, sonra da bu işi oğlu Əbu Talibə həvalə etmişdir.
Həyatı Əsl adı Şeybə ibn Haşim olan Əbdülmüttəlib, Məhəmməd peyğəmbərin babası və Qureyş qəbiləsinin nüfuzlu rəhbərlərindən biri idi. Gəncliyində bütlərə sitayiş edib, içki içsə də sonradan tövbə edərək hənif olmuşdur. O, Məkkənin idarəçiliyi və Kəbənin mühafizəsi ilə məşğul olurdu və Haşimilər ailəsinin lideri kimi Məkkə cəmiyyətində böyük nüfuza malik idi.
Əbdülmüttəlib eyni zamanda, Məhəmmədin yetim qaldığı dövrdə onun tərbiyəsi ilə də məşğul olmuşdur. Onun ən məşhur hadisələrindən biri, "Fil əhvalatı" ilə bağlıdır. Əbdülmüttəlib Kəbəni müdafiə etmək üçün dua etmiş və Əbrəhənin ordusuna qarşı yardım istəmişdir. "Fil əhvalatı" zamanı Əbdülmüttəlibin duasına cavab olaraq, quşların daşlar ataraq ordunu məhv etdiyi rəvayət edilir. Bu hadisə İslam ənənələrində Allahın Kəbəni qoruduğuna işarə kimi qəbul edilir.
Əbdülmüttəlib həm də Zəmzəm quyusunun yenidən kəşfi ilə tanınır. Bir rəvayətə görə, yuxusunda ona Zəmzəm quyusunun harada olduğunu göstərilmiş və o, həmin yeri qazaraq su qaynağını yenidən açmışdır. Bu hadisə də Məkkə xalqı arasında onun nüfuzunu daha da artırmışdır.
Əbdülmüttəlibin ölümündən sonra, Məhəmmədin qayğısını əmisi Əbu Talib öz üzərinə götürmüşdür.
Övladları Əbdülmüttəlibin 10 oğlu və 6 qızı vardı: Haris ibn Əbdülmüttəlib — Zübeyr ibn Əbdülmüttəlib — Əbu Talib — şiələrin birinci imamı xəlifə Əlinin atası Abdullah ibn Əbdülmüttəlib — Məhəmməd peyğəmbərin atası Həmzə ibn Əbdülmüttəlib Əbu Ləhəb — Məhəmməd peyğəmbərin fəal rəqiblərindən biri Hakim ibn Əbdülmütəllib — Makvam ibn Əbdülmütəllib — Səfər ibn Əbdülmütəllib — Abbas ibn Əbdülmüttəlib (566–653) — Abbasilər sülaləsinin banisi. Səfiyə binti Əbdülmüttəlib — Zübeyrin anası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Səhabə əcdadları Kateqoriya:V əsr ərəbləri Kateqoriya:Sünnilik Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Mədinəlilər Kateqoriya:Məkkəlilər Kateqoriya:Qureyş Kateqoriya:Məhəmmədin əcdadları