Əli Həzrətqulu oğlu Beydullayev — Sosialist Əməyi Qəhrəmanı (1948).
1892-ci ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1932-ci ildən başlayaraq Bico kəndinin Əzizbəyov adına kolxozunda briqadir vəzifəsində işləmişdir. 1947-ci ildə yüksək əmək nəticələri qazanması ilə əlaqədar 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir.
1955-ci il may ayının 30-da Bico kəndində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:Ağsuda vəfat edənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları