Samir Qadir oğlu Cəfərov () — azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2012).

Həyatı 19 noyabr 1976-cı ildə Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1993–1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999–2001-ci illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir.

Ü. Hacıbəylinin "Koroğlu" operasında Koroğlu, Cüzeppe Verdinin "Traviata" operasında Alfred və "Riqoletto"da Hersoq partiyalarını ifa edir.

2001-ci ildə Almatında keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olmuşdur (2 yer). 2002-ci ildə Moskva şəhərində "Qalina Vişnevskayanın Opera Mərkəzi"ndə təhsil almışdır.

Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparici partiyaları, habelə mahnı və romanslar təmsil olunmuşdur.

Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.

2007-ci ildə S. Cəfərov Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edilib.

Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

İstinadlar

Mənbə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Samir Cəfərov

Xarici keçidlər Səda — "Kənd namusu" operası təqdim edilib (19.05.2016)

Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Opera ifaçıları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Bakı Musiqi Akademiyasının məzunları Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Gəncə Dövlət Filarmoniyasının direktorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları