Əyriçay su anbarı — Azərbaycan Respublikası Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Su anbarı Şəki və Qax rayonlarının torpaq sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir.
Texniki göstəriciləri Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2100m və su anbarının ümumi həcmi 80.6mln.m³-dur. Suvarmaya verilən su sərfi isə 1.5÷13.0m³/san-dir.
İstinadlar
Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:Şəki