Aybəniz Nəriman qızı Əhmədova (29 yanvar 1983) — aktrisa.
Həyatı Aybəniz Əhmədova 29 yanvar 1983-cü ildə Ermənistanın Kirovakan şəhərində anadan olub. 1990-2000-ci tədris illərində 152 saylı orta məktəbdə təhsil alıb. 2002-2006-cı tədris illərində (Cənnət Səlimovanın kursu). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1997-ci ildən 2005-ci ilə qədər Körpəm Eksperimental Uşaq teatrında aktrisa vəzifəsində çalışıb. 2006-cı il noyabrın 01-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
Əsas rolları Çal oyna (İ.Coşğun) — bala dovşan Xeyr və Şər (N.Gəncəvi) — şah qızı Ana qaz (R.Rza) — qaz balası Pəri cadu (Ə.Haqverdiyev) — rəqqasə əcinnə Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Qaraca; Xədicə Tıq-tıq xanım (A.Şaiq) — tıq-tıq xanım; xan Zorr pişik O və ya çəkməli (N.Kazımov) — balaca siçan Dovşanın ad günü (X.Əlibəyli) — dovşan Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — əks-səda Mənim ağ göyərçinim (T.Vəliyeva) — şagird Göyçək Fatma (Azərbaycan xalq nağılı) — Göyçək Fatma Mən səni sevirəm – M.S.S (Ə.Əmirli) — Nazı
Filmoqrafiya Ərazi (film, 2005) QAZ (film, 2005) Günəşin batdığı yer (film, 2012)
Kateqoriya:Azərbaycan aktrisaları