Fidan Hacı Ağa qızı Hacıyeva-Neylor () — Azərbaycan Respublikasının xalq artisti (05.03.2015), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi, mezzo-soprano.

Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, 12 min tamaşaçı qarşısında çıxış etmişdir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunmuşdur. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xalq artisti" adına layiq görülüb. 2015-ci ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb. Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk "Karmen" ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin "Karmen"i adlandırlır.

Karyera Fidan Hacıyeva 1984-cü ildə Bülbül adına orta ixtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professor Hüseyin Əliyevdən peşəkar təhsil alan ifaçı, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli — İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.

Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə, 19 yaşında, "Koroğlu operası"nda "Xanəndə qız" obrazı ilə gəlib.

2000-ci ildə Türkiyədə "TÜRKSOY"un xətti ilə keçirilən opera günlərində iştirak edərək, Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil edir. Elə həmin il opera ifaçısı Türkiyə Cumhuriyyətinin Mersin Dövlət Opera və Balet Teatrı ilə müqavilə imzalamış və teatrda çalışmışdır. Dəfələrlə Mersin, İstanbul, İzmir, Ankara teatrlarının səhnəsində "Karmen" obrazını yaradır. Ən yaddaqalan çıxışı isə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 12 min tamaşaçının toplaşdığı gündəki çıxışıdır.AZƏRTAC-a müsahibə -"Fidan Hacıyeva: Mən gözəl, keyfiyyətli musiqini sevirəm, onun hansı janra aid olması isə o qədər də əhəmiyyətli deyildir"

Fidan Hacıyevanın səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəyə dəvət edirlər. Opera müğənnisi həmin müsabiqədə iştirak edir və qalib olur. Operanın vətəni sayılan İtaliyada mezzo-soprano Bernadette Manca di Nissanın dərslərini dinləyir. Daha sonra Fidan Hacıyeva vətənə qayıdır və müəllimi professor Hüseyn Əliyevin sinfində aspirantura pilləsinə yiyələnir.

Sənətçinin 2003-cü ildə "Jealousy and love" () adlı ilk albomu işıq üzü görür.

2004-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansamblının baş solisti olur.

2005-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyanın Naqoya şəhərində keçirilən EXPO-2005 Beynəlxalq sərgidə iştirak edərək, Azərbaycan musiqisini təqdim etməklə yanaşı, yapon dilində mahnılar ifa etməsi yapon xalqında özünə qarşı böyük təəccüb və sevgi hissi yaradır.

2006-cı ildə opera müğənnisi "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunur. Həmin ilin oktyabr ayında Almaniyada keçirilən Azərbaycan mədəniyyəti günlərində Teymur Göyçayevin dirijorluq etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinın müşayiəti ilə Berlin Filarmoniyasında, Ştutqart və Mayns şəhərlərinin teatrlarında silsilə konsertlər verir.

2007-ci il mayın 11-də səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülür.

2008-ci ilin Dekabr ayında hərbi xidmətçilər üçün vətənpərvərlik mövzusunda təşkil edilmiş silsilə konsert proqramlarında çıxış edir.Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı cəbhə bölgələrində. May ayının 7-də ikinci dəfə səhnə fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülür. Oktyabr ayında isə Azərbaycan və Ukrayna Mədəniyyət Nazirliyinin birgə keçirdiyi Kiyev şəhərində Ukraynanın Xalq Artisti Aleksandr Buretzlə birgə konserti olur. 25 dekabrda isə Azərbaycanın Ukraynadakı səfirliyi, Kiyev Şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev Şəhər Təşkilatı və "Ukrayna-Azərbaycan" Beynəlxalq Xeyriyyə Fondunun təşkil etdiyi, Ukrayna Milli Musiqi Akademiyasının P. İ. Çaykovski adına Opera Studiyasının salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş konsertdə öz çıxışı ilə tamaşaçılara əsl sürpriz yaşadır. Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərlərini ifa edən müğənnini royalda Azərbaycanın əməkdar incəsənət xadimi Cavan Zeynallı müşayiət edir. Azərbaycan artistlərinin yüksək ustalığı tamaşaçılar tərəfindən uzun sürən alqışlarla təqdir olunur.Yaşasın Ukrayna azərbaycanlıları!

2009-cu ildə Türkiyənin Mersin Opera və Balet Teatrında, türkdilli ölkələrdən 18 opera müğənnisinin iştirak edəcəyi 12-ci TÜRKSOY Opera Günlərinin açılışında Azərbaycanı təmsil edir.12-ci TÜRKSOY Opera Günləri

2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının təşkil etdiyi peşəkar vokal ifaçılarının müsabiqəsində birinci yeri tutur.Fidan Hacıyeva İtaliyada vokal müsabiqəsinin qalibi olub Daha sonra dünya şöhrətli mezzo-soprano Bruna Buglioninin yanında vokal təhsilini davam etdirir.

2011-ci ilin ilk həftəsində Türkiyənin Samsun Dövlət Opera Teatrında "Karmen" obrazını canlandırır. Mayın 9-da Azərbaycanın İtaliyadakı səfirliyinin təşəbbüsü ilə, İtaliyanın paytaxtı Romanın ən böyük konsert salonu olan Santa Çeçilia Milli Musiqi Akademiyasının "Auditorium Parco della Musica" kompleksində, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümümə həsr edilmiş solo konserti ilə çıxış edir. O pianoçu Zülfiyyə Sadıqova və İtaliya pianoçusu Paolo Saraçinonun müşayiəti ilə Azərbaycan və İtaliya opera musiqisindən nümunələr ifa edir.Fidan Hacıyeva İtaliyada ilk solo konsertlə çıxış edəcəkRomanın ən böyük konsert salonunda xatirə konserti Mayın 25-də isə Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operası tamaşaya qoyulur. Teatrın rəhbərliyi bu tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçianonu dəvət edir. Fidan Hacıyevanın böyük peşəkarlıqla ifa etdiyi "Amneris" partiyası italyan dirijoru Canluka Marsianonu heyran edir. İyunun ilk günlərində Fidan Hacıyeva Bakıda fransız tenoru Jean-Francis Monvoisinlə birgə konsert proqramı təşkil edir. Gecədə Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, fransız və italyan bəstəkarlarının əsərlərindən parçalar ifa olunur. Orkestr isə dirijor, Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə olunur.Azərbaycanlı və fransalı solistlərin birgə çıxışı İyunun 25-də İtalianın Montejiore Konka şəhərində keçirilən yay festivalı çərçivəsində Fidan Hacıyevanın iştirakı ilə Cakomo Puççininin "Suor Angelica" operası səhnələşdirilir. Avqustun 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı və Bəstəkarlar İttifaqının dəstəyi ilə SSRİ-nin və Azərbaycanın Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və dirijor Niyazinin (Tağızadə-Hacıbəyov) anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gecədə marağa səbəb olacaq ifalarla çıxış edir.Niyazinin anadan olmasının 99-cu ildönümü qeyd edilib Sentyabrın 18-də o, İtaliyanın Fraskati şəhərində opera müğənnilərinin konsertində böyük uğurla çıxış edir. Fidan Hacıyeva konsertdə italyan müğənnisi Anna Konsolara ilə birgə "Aida" operasının ikinci pərdəsindən dueti ifa edir. Azərbaycan opera səhnəsinin ulduzu Fidan Hacıyeva, Qaetano Donizettinin "Favoritka" operasından Leonoranın ariyasını da dinləyicilərə təqdim edir. Sonda klassik opera sənətinin biliciləri Fidan Hacıyeva sənətini "Güclü və gözəl səs" deyə qiymətləndirirlər.Fidan Hacıyeva italiyalı sənətsevərlərin qəlbini yenidən fəth edib

2012-ci il Aprelin 16-da Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Fidan Hacıyeva öz virtouz ifaları ilə sözün həqiqi mənasında turinliləri heyran edir. Daha sonra Venesiyada, Milanda Cüzeppe Verdinin Konservatoriyasında çıxış edir. Həmin il məşhur italyan dirijoru və pianoçusu Stefano Miceli, İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertinə Fidan Hacıyevanı xüsusi olaraq dəvət edir. Festivalın təşkilatçıları Fidan Hacıyevanı klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif edirlər. Bununla da sənətçi Azərbaycana şərəf və şöhrət gətirən ən böyük uğuruna imza atmış olur.

2013-cü il Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi münasibətilə "Arşın Mal Alan" operasında rol alır.

2014-cü il Yanvarın 30-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Dövlət Fortepiano Triosunun konsertində solist qismində Fidan Hacıyeva çıxış edir. Konsert proqramına Azərbaycanla yanaşı, Qərbi Avropa bəstəkarlarının kiçik musiqi əsərləri daxil olunur.Filarmoniya səhnəsində iki musiqi axşamı Martın 3-ü Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonda "King"s Place" incəsənət mərkəzində Novruz bayramı münasibətilə Fidan Hacıyevanın "Yazın səsi" adlı solo konsert proqramı təşkil olunur.Londonda "Yazın səsi" 19 apreldə isə ilk dəfə Heydər Əliyev adına sarayda — "Sevgili Canan" adlı solo konserti ilə çıxış edir.Fidan Hacıyeva ilk dəfə Heydər Əliyev sarayında konsert verəcəkFidan Hacıyeva Heydər Əliyev sarayında konsert verdi

2015-ci ildə sənətçi Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Xalq artisti" adına layiq görülürAzərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsini alır. Aprelin 19-u Heydər Əliyev adına sarayda "Bir bahar axşamı" adlı sayca ikinci solo konserti ilə çıxış edir. Noyabrın 23-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiqisi zalında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr edilmiş tədbirdə iştirak edir. Noyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulur. Baş tutacaq tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda Xalq artisti Fidan Hacıyevanın çıxış etməsi olur.