Cared Tristan Padaleki ABŞ aktyoru. Aktyorun 2005-ci ildə çəkildiyi "Fövqəltəbii" serialı ona məşhurluq gətirmişdir. Bundan başqa o, "Mum evi", "Gilmor qızları", "13-cü cümə" və "Ağlayan canavar" kimi filmlərdə də çəkilmişdir. "Fövqəltəbii" serialındakı tərəf müqavili Ceneviyev Kortes ilə evlidir.

Həyatı Cared Tristan Padaleki 1982-ci il 19 iyul tarixində Texasda anadan olub. Əslən o, polyakdır, çünki ata tərəfdən babası polyak idi. Onun özündən böyük qardaşı Rayan və kiçik bacısı Meqan var. 12 yaşında aktyorluq dərsləri götürməyə başladı. 1999-cu ildə 17 yaşındaykən aktyorluq debütünü etdi, lakin ona əsl şöhrət gətirən "Fövqəltəbii" serialı oldu. Serialda o, fövqəltəbii hadisələri araşdıran ovçu Sem Vinçesterin rolunu canlandırmışdır. 2010-cu ildə o, aktrisa Ceneviyev Kortez ilə ailə həyatı qurdu. 2012-ci ildə böyük oğlu Tomas, 2013-cü ildə kiçik oğlu Şeperd dünyaya gəldi.

Filmografiya İl Filmin adı Rol Qeydlər 1999 A Little Inside Matt Nelson 2000 Silent Witness Sam TV Film Gilmor Qızları Dean Forester 2000–2005 2001 ER Paul Harris 2002 A Ring of Endless Light Zachary Gray TV Film2003 Young MacGyver Clay MacGyver Cheaper by the Dozen Bully 2004 Flight of the Phoenix Davis New York Minute Trey Lipton 2005 Cry Wolf Tom Mum Evi Wade Fövqəltəbii Sam Winchester Baş Rol 2005-indiyədək 2007 ROOM 401 Host 2008 Thomas Kinkade's Home for Christmas Thomas Kinkade Baş Rolda 2009 13-cü cümə Clay Miller

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları