Lazlar (, ) — ana dili Laz dili olan, Kartvel dil ailəsinə daxil olan xalq.
Sayları SSRİ və Rusiya FR linqvisti, qafqazşünası Georgi Andreyeviç Klimovun 1986-cı ildə Moskvada nəşr etdirdiyi "Qafqaz dilçiliyinə giriş" adlı kitabında verdiyi məlumata əsasən Türkiyə Lazistanında həmçinin bu ölkənin digər hissələrində anklavlar şəkilndə və Gürcüstanla sərhəddə yayılmış laz dilində təxminən 45 min nəfər danışırdı.Академия наук СССР, Институт языкознания. Георгий Андреевич Климов. Введение в кавказское языкознание. Ответственный редактор академик Борис Александрович Серебренников. Москва, Наука, 1986 год: Оглавление—>Глава III. Картвельские языки, стр. 56
Müəllifi Deyvid Levinson olan və 1998-ci ildə ABŞ-nin Arizona ştatının Finiks şəhərində nəşr edilmiş "Bütün dünyada etnik qruplar: hazır istinadlar kitabı"ına görə Gürcüstanda 1.500 nəfər, Türkiyədə isə 200.000 nəfər laz yaşayırdı.David H. Levinson. "Ethnic Groups Worldwide: a ready reference handbook"
Türkiyədə
Türkiyədə lazların sayına dair bütün hazırkı rəqəmlər müəyyən hesablamalar əsasında alınmış təxminlərdən ibarətdir. 1965-ci ildə aparılmış siyahıyaalmada laz dilini ana dili kimi 26.007 nəfər (ana dilini laz dili olaraq qeyd edənlərin 3.943Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, ISBN 2-7637-7044-4 nəfəri laz dilindən başqa dil bilməmişdir), "ikinci ən yaxşı bildiyi dil" kimi isə 55.158 nəfər göstərmişdir, yəni Türkiyənin qeyd edilən iki göstəriciyə əsasən laz dilini bilən əhalisi 81.165 nəfər olmuşdur.Escarré International Centre for Ethnic Minorities and Nations : Recent Changes in Turkey’s Language Legislation Beləliklə, 1965-ci ildə 31.391.421 nəfər olan Türkiyə əhalisinin ən yüksək ehtimalla 0,26%-ni lazlar təşkil edirdi. +1935–1965 əhali sayımlarında laz dili Lazca danışanlar 1935 sa. 1945 sa. 1950 sa. 1955 sa. 1960 sa. 1965 sa. Ana dili kimi63 25346 98770 42327 01621 70326 007 İkinci dil kimi5 0614 956…22 66738 26759 101 Birlikdə68 31451 94370 42349 68359 97085 108 Türkiyə əhalisiTürkiye İstatistik Kurumu: 2. Şehir ve köy nüfusu, 1927–200016 158 56718 790 98720 947 15524 065 54427 755 53231 391 651 Türkiyə Statistika Qurumunun 31 dekabr 2013-cü il tarixinə olan rəsmi təxminə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 76.667.864 nəfərdir .Türkiye İstatistik Kurumu : Adrese Dayalı Nüfus Kayıt Sistemi Sonuçları, 2013 Əgər 1965-ci ildəki nisbət payı (0.26%) olduğu kimi qalsaydı onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 198.2 min nəfər laz yaşamalıdır. Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araşdırmanın yekunları əsasında 2006-cı ilə verdiyi təxminə əsasən 73.975 milyon nəfər qəbul edilən Türkiyə əhalisinin 220 min nəfərinin (0.297%) etnik laz olması təxmin edilmişdir.Milliyyet Qazetesi : 55 milyon kişi 'etnik olarak' Türk Bu təxmini (0.297%) doğru qəbul etsək onda 2013-cü ilin sonuna olan təxmini hesablamalara əsasən Türkiyədə ən çoxu 228 min nəfər laz yaşamalıdır.
Həmçinin bax Abxaziya lazları Mənbə Türkiyenin Etnik Yapısı: Halkımızın Kökenleri ve Gerçekler. Yazar: Ali Tayyar Önder. Araştırma & İnceleme Serisi: 1, Yayın No: 1. Genişletilmiş 16. Baskı. Ankara: Fark Yayınları, 2007, 407 sayfa. ISBN 9789756424049
İstinadlar
Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar Kateqoriya:Gürcüstanda yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Türkiyə mədəniyyəti Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar