Azər Qurbanov () — Azərbaycan aktyoru.Qurbanov, A. "Hərdən tale insanın üzünə gülmür": "Sehrli xalat"dakı pioner Rəşid: "Heç vaxt Vətəni tərk etməyin!": [eyniadlı filmdəki Rəşid rolu ilə hamımızın sevimlisinə çevrilən aktyor Azər Qurbanovla musahibə] //Ekspress.- 2013.- 27–29 iyul.- S.21.

Həyatı Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Əslən Gəncə şəhərindən idi. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb. Daha sonra Konservatoriyanın Vokal fakültəsini bitirib.

O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ona ən böyük uğuru "Sehrli xalat" filmindəki Pioner Rəşid obrazı gətirib.

Azər Qurbanov "Odessa" kinostudiyasının istehsalı olan "Göy quş", "Hakim", "Əcnəbi Qadın", "Külək" filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı."Sehirli xalat"ın Zərifəsi və Rəşidi illər sonra. anspress.com

Aktyor 2023-cü ilin dekabrında ABŞ-də vəfat edib.

Filmoqrafiya Bir məhəllədən iki nəfər Sehrli xalatQurbanov, A. Sehrli xalat: [rejissoru Əlisəttar Atakişiyev olan eyniadlı filmdə rol almış aktyor Azər Qurbanovla müsahibə] /müsahibəni apardı V. İmanov //Mədəni həyat.- 2013.- № 9.- S. 74–75. Göy quş ("Odessa" kinostudiyası) Hakim ("Odessa" kinostudiyası) Əcnəbi qadın ("Odessa" kinostudiyası) Külək ("Odessa" kinostudiyası)

İstinadlar

Mənbə "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam…": "Sehrli xalat" filmindəki Rəşidin — hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet.- 2013.- 27 iyul.- S.29.

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Balakəndə doğulanlar