Trafalqar döyüşü (, , ) — Böyük Britaniya və Fransa, İspaniya hərbi dəniz donanmaları arasında 21 oktyabr 1805-ci ildə, İspaniyanın Atlantik okeanı sahillərindəki Trafalqar burnunda, Kadis şəhəri yaxınlığında baş vermiş tarixi dəniz döyüşü.Сухоруков А.В. Трафальгарское сражение: 200 лет // Новая и новейшая история : ж.. — 2005. — № 5. Napoleon müharibəsinin bu həlledici döyüşündə Böyük Britaniya heç bir gəmi itkisi vermədiyi halda, Fransa və İspaniya birlkdə 22 gəmi itirmişdir. Döyüşdə ingilis donanmasının komandanı vitse-admiral Horatsio Nelson həlak olmuşdur.
Səbəbləri 1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.
1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.
5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən saxlanılır. Savaşın başlamasından 9 dəqiqə sonra freqat "Mersedes" partladılır, qalan üç freqat təslim olur. İspaniya cavab olaraq Böyük Britaniyaya müharibə elan edir və Fransanın müttəfiqinə çevrilir. Kadis və Ferroldakı ispan dəniz donama birlikləri Fransa tərəfində olurlar.
Böyük Britaniya yaxşı təlim görmüş və təcrübəli zabit korpusuna malik olduğu halda, təcrübəli Fransa donanma zabitlərinin əksəriyyəti Fransa İnqilabının əvvəllərində edam edilmiş, ya da xidmətdən uzaqlaşdırılmışdırlar. Bu zaman Fransa donanmasına komandanlıq etmək üçün etibar ediləcək yeganə şəxs Pyer-Şarl Vilnyev idi.
Napoleon Bulon düşərgəsində güclü desant dəstələri təşkil etmişdir. Məqsəd onları Britaniya sahillərinə çıxartmaq idi. Napoleon desant qüvvələrini La-Manş boğazından keçırə bilmək üçün barjaların hazırlanmasına əmr vermişdir. Birinci mərhələdə 1700 barja ilə 113 min əsgər və 5600 at, ikinci mərhələdə isə 590 barja ilə 48 min əsgər, 3400 at keçirtmək planlaşdırılmışdır.Клейтон Т., Крейг Ф. Трафальгар: люди, сражение, шторм Lakin barjalar Britaniya xətt gəmiləri qarşısında müdafiəsiz olduqları üçün La-Manşı keçə bilmirlər.
Bu məqsədlə 1805-ci ildə Napoleon Pyer-Şarl Vilnyev qarşısında məqsəd qoyur ki, Karib dənizinə doğru istiqamət götürərək aldadıcı manevrlə Britaniya donanmasının başını qatsın. Lakin bu plan da pozulur, çünki Britaniya donanması La-Manşı tərk etmir. Bu aldadıcı manevr zamanı Finisterre yaxınlığında Vilnyevin gəmiləri ələ keçirilir, ispanlar iki gəmi itirirlər, lakin Fransa donanması döyüşə qatılmağa cürət etmir.
20 avqustda fransız eskadriliyası Britaniya gəmiləri ilə mühasirəyə alınmış ispan limanı Kadisə gəlirlər. 17 sentyabr 1805-ci ildə Napoleon Vilnyevə əmr göndərərək lövbərləri qaldırıb Kartagenaya gedərək ispan kontr-admiralı Salsedo oradan da Napoleon ilə birləşsinlər. Bu isə general Sen-Sirə Neapol krallığına daxil olmağa imkan yaradırdı.
Donama qüvvələr nisəti Donama qüvvələr nisətiTop göyərtəsiTop göyərtəsiTop göyərtəsiHMS Victory104ÜçgöyərtəliBucentaure80İkigöyərtəliSantisima Trinidad136DördgöyərtəliHMS Royal Sovereign100ÜçgöyərtəliFormidable80İkigöyərtəliSanta Ana112ÜçgöyərtəliHMS Britannia100Üçgöyərtəliİndomptable80İkigöyərtəliPrinsipe de Asturias112ÜçgöyərtəliHMS Dreadnout98ÜçgöyərtəliNeptun80İkigöyərtəliRayo100ÜçgöyərtəliHMS Neptun98ÜçgöyərtəliAxilles74İkigöyərtəliNeptuno80İkigöyərtəliHMS Prince98ÜçgöyərtəliAiqle74İkigöyərtəliArgonauta80İkigöyərtəliHMS Temeraire98ÜçgöyərtəliAlgesiras (1804)74İkigöyərtəliBahama74İkigöyərtəliHMS Tonnant80İkigöyərtəliArqonavt74İkigöyərtəliMonarx74İkigöyərtəliHMS Achille74İkigöyərtəliDüqye-Truen 74İkigöyərtəliMontanes74İkigöyərtəliHMS Ajax74İkigöyərtəliFougueux74İkigöyərtəliSan Aqustin74İkigöyərtəliHMS Bellerophon74İkigöyərtəliHeros74İkigöyərtəliSan Fransisko de Asis74İkigöyərtəliHMS Colossus74İkigöyərtəliİntrepide74İkigöyərtəliSan İldefonso74İkigöyərtəliHMS Conqueror74İkigöyərtəliMonblan74İkigöyərtəliSan Xuan Nepomukeno74İkigöyərtəliHMS Defence74İkigöyərtəliPluton74İkigöyərtəliSan Xusto74İkigöyərtəliHMS Defiance74İkigöyərtəliRedoutable74İkigöyərtəliSan Leandro64İkigöyərtəliHMS Leviathan74İkigöyərtəliStsipion74İkigöyərtəli HMS Mars74İkigöyərtəliBervik74İkigöyərtəli Minotaur74İkigöyərtəliSviftşur74İkigöyərtəli HMS Orion74İkigöyərtəliKorneli40Freqat HMS Revenge74İkigöyərtəliHermione40Freqat HMS Swiftsure74İkigöyərtəliHortenziya40Freqat HMS Thunderer74İkigöyərtəliReyn40Freqat HMS Belleisle74İkigöyərtəliTemis40Freqat HMS Spartiate74İkigöyərtəliFuret18Şlyup HMS Africa64İkigöyərtəliArgus10Şlyup HMS Agamemnon64İkigöyərtəli HMS Polyphemus64İkigöyərtəli HMS Euryalus36Freqat HMS Naiad36Freqat HMS Phoebe36Freqat HMS Sirius36Freqat HMS Pickle10Şlyup HMS Entreprenante10Şlyup Dördgöyərtəli - Dördgöyərtəli - Dördgöyərtəli1 Üçgöyərtəli7 Üçgöyərtəli - Üçgöyərtəli3 İkigöyərtəli20 İkigöyərtəli18 İkigöyərtəli11 Freqat4** Freqat və Şlyup gəmiləri az döyüş gücünə malik olduqları üçün gəmi saylarına daxil edilməmişdir. Freqat5* * Freqat və Şlyup gəmiləri az döyüş gücünə malik olduqları üçün gəmi saylarına daxil edilməmişdir. Freqat - Şlyup2** Freqat və Şlyup gəmiləri az döyüş gücünə malik olduqları üçün gəmi saylarına daxil edilməmişdir. Şlyup2** Freqat və Şlyup gəmiləri az döyüş gücünə malik olduqları üçün gəmi saylarına daxil edilməmişdir. Şlyup - Toplar2312 Toplar1584 Toplar1280
Döyüşün gedişi Fransa donamasının komandanı Pyer-Şarl de Vilnyov Kadisdə qərar tutaraq oktyabrın axırlarına kimi Napoleonun təkidlərinə baxmayaraq gözləyir. Lakin Napoleonun ciddi hədələrindən sonra 19 oktyabrda dənizə çıxmaq qərarını verir. Qravina buna qarşı çıxıraq, aşağıdakıları səbəb kimi göstərir: Ekipajın Andaluziyada baş vermiş epidemiya səbəbindən tam olmaması; canlı qüvvənin yığılıb, təlim olunmasına bir müddət vaxta ehtoiyacın olması; Kadisdə qalmaqla Britaniya gəmilərinə qarşı sahil batareyanın verə biləcəyi dəstək onlara daha əlverişli mövqe tutmaq imkanı yaradırdı; 19 oktyabrda barometrlərin düşməsi güclü tufandan xəbər verirdi.
Lakin Pyer-Şarl de Vilnyov buna əhəmiyyət vermir, "tufan müttəfiq borcunun yerinə yetirilməsinə əngəl olmamalıdır" kimi populist şüarlarla Aralıq dənizi eskadriliyası ilə birləşmək üçün yola çıxmaq qərarına gəlir. Eskadriliya Qravinanın komandanı olduğu bayraqdar gəmi ilə 20 oktyabrda yola çıxır. Lakin Britaniya gəmilərinin peyda olmasından sonra dərhal qərarını dəyişərək geri dönmələrini əmr edir. Bu manevr nəticəsində müttəfiqlərin cərgəsi pozulmuş olur, bayraqdar arerqard mövqeyinə düşür. Pyer-Şarl de Vilnyovun bu səhv taktikasını gözləyirmişlər kimi britaniyalılar gəmilərin cərgəsini yarırlar.
Başlanması 11:00-da Trafalqar döyüşünün ilk top atəşləri eşidilir. Santa Ana hamıdan irəli keçən Royal Sovereing gəmisini atəşə tutur. Bunun dalınca digər müttəfiq gəmilər də top atəşinə başlayırlar. İti bucaq altında yaxınlaşan Nelson bir müddət cavab atəşi açmaq imkanından məhrum olaraq Vilnyovun uzaq məsafə toplarının nişangahına düşür.
12:30-da müttəfiqlər sürətli Royal Sovereing xətt gəmisinin qarşısını kəsərək ona həmlə edirlər. Diviziondan ayrı düşdüyünə görə Royal Sovereing 20 dəqiqə ərzində təkbaşına döyüşməli olur. Küləksizlik Britaniya gəmilərinin döyüşə ləng qatılmasına səbəb olur.
Gedişi Müttəfiqlərin admiral Pyer Dümanuarın komandanlığında olan bayraqdar gəmisi Formidable Vilnyovun işarəsinə məhəl qoymadan Kadisə tərəf üz tutur və özü ilə 9 gəmini (Neptuno, Scipion, Intrepide, Raio, Formidable, Montblane, San Francisco de Asis, Duguay Trown) aparmış olur. Britaniyalıların təcrübəliliyi özünü göstərməkdə idi. Tezliklə onlar Vilnyovun cərgəsini yararaq top göyərtələrinin hər iki tərəflərdən atəş açmaq imkanı qazanırlar. İlk növbədə sərrast top atəşləri ilə müttəfiqlərin ağır toplar olan batareya göyərtəsini darmadağın edirlər.
Bayraqdar HMS Victory sonuncu Nr.16 ("Düşmənə daha yaxın" = təkbətək gəmi abordaj döyüşü) işarəsini verirThe Home of The Green Arrow, Engage the enemy more closely . Britaniyalıların bayraqdarı HMS Victory onu izləyən Temeraire gəmisindən yayınmaq üçün Bucentaure gəmisini qabaqlayaraq sola dönür. Bu zaman Temeraire gəmisi müttəfiqlərin bayraqdar gəmisi ilə, HMS Victory isə Redoutable gəmisi ilə abordaj döyüşünə girir. Belə vəziyyətlərdə adətən gəmilər bir-birlərinə qarmaqlarla elə dolaşırlar ki, onları ayırmaq çox çətin olur. Toplar susur - əlbəyaxa döyüş başlanır. Redoutable gəmisinin atıcısı HMS Victory gəmisinin göyərtəsində durmuş Nelsonu muşketdən atəş açaraq yaralayır. Güllə epoleti keçib kürəyindən dəyərək onurğa sütunu VI-VII fəqərələr arasında ilişib qalır. Lazaretə aparılan Nelson hələ sağ idi, döyüş haqqında ona hesabat verilməsini tələb edirdi. 14 saatdan sonra Bucentaure gəmisi bayrağını salmış olur. Bu müddət ərzində müttəfiqlərin 12-dən artıq gəmisi artıq batırılmışdır. HMS Victory gəmisinin kapitanı Tomas Hardi ölən Nelsonun sonuncu sualına döyüşün hələ bitməmisinə baxmayaraq cavab verir: "Milord, bu gün sizindir". Nelson ona: - "Məni öp, Hardi" (digər bir yozumda: - "Allah sizdən razı olsun, Hardi", - "Qismət, Hardi")Kiss me, Hardy Hardy’Nelsons Last Words: Kiss Me, Hardy or Kismet, Hardy? . Hardi onun xahişini yerinə yetirir. Nelsonun son sözü: - "Tanrıya şükürlər olsun, mən öz borcumu yerinə yetirə bildim" olur.
Hər iki tərəfdən gəmilər bərk zədəli idilər. 16 saatdan sonra dəniz səthi pərən-pərən düşmüş ingilis, fransız və ispan gəmiləri ilə örtülmüşdü. Bu an daha şiddətli döyüşlər Federiko Qravinanın komandanlıq etdiyi müttəfiqlərin aperqard - Prince des Astorias ilə ingilis Defiance və Revenge gəmiləri arasında baş verir. Federiko Qravina böyük şücayət göstərərək aldığı çoxsaylı yaralardan sonra həlak olur.
Bitməsi 21 oktyabr Kollinqvud cərgəni yarıb Kadisə üz tutan rəqib bayraqdar gəmisini təqib edir. Bu bir taktiki səhv idi: müttəfiqlərin aperqardı artıq müqəvvaya çevrilmişdir və aktiv manevretmə qabiliyyətini itirmişdir. Fürsəti əldən verməyən "Prince des Asturias"ın admiralı Federiko Qravina "ardımca" işarəsini verir. Onun ardınca düşən həm zədəli, həm də böyük canlı qüvvə itkisinə malik gəmilər: San Justo, San Leandro, Montanes, Indomptable, Neptuno, Argonaute ingilislərə əsir düşməkdən qurtarmış olurlar. 16:30 Nelson vəfat edir. 17:30-a qədər döyüş davam edir. Gecə dənizdə tufan qopur. 22 oktyabr 22 oktyabrda bütün günü dəniz tufanlı olur, nəticədə çox sayda gəmi batır. Bunların içində ingilislərin ələ kçirdikləri Santisima Trinidad və Bagama gəmiləri də var idi. Monarca isə İspaniya sahillərindəki qayalara çırpılır. 23 oktyabr Federiko Qravina tələsik gəmilərini təmir etdirib, təzədən dənizə çıxır. Məqsəd ingilislərin əlinə keçmiş gəmiləri və əsir ekipajları geri qayarmaq idi. O, öz bayrağını Montanes gəmisinə keçirir. Onu San Justo, San Francisco de Asis və Tronador (21 oktyabr döyüşünə qatılmamış 100 toplu gəmi), bir neçə yüngül freqat və kutter gəmiləri müşayiət edirlər.
Bunu görən Santa Ana gəmisində təslim olmuş ekipaj üsyan qaldıraraq onu ələ keçirib bayrağı ispan bayrağına dəyişirlər. Üsyanı yatırmaq üçün iki ingilis gəmisi St.Anne gəmisini Federiko Qravina yetişənə qədər atəşə tuturlar. Santa Ana ağır zədəli olduğundan, ranqoutları itirdiyindən müstəqil hərəkət etmə qabiliyyətini itirir. St.Anne freqat Femida tərəfindən yedəkdə Kadis limanına gətirilir. Gecə qopan tufan nəticəsində San Francisco de Asis və Tronador gəmiləri qəzaya uğramış olurlar.
Federiko Qravinanın ölümü