Əhmədnaqar sultanlığı — orta əsr Hindistanda feodal dövləti.

Tarixi 1490-cı ildə nizamşah titulu ilə özünü müstəqil hakim elan etmiş Bəhməni sultanlığının Cünnardakı canişini Malik Əhməd tərəfindən yaradılmışdır. Dövlətin adı paytaxt Əhmədnaqar şəhərinin adından götürülmüşdür. XVI əsrin sonu, XVII əsrin əvvəllərində Əhmədnaqar sultanlığı Böyük Moğol İmperiyasına qarşı uzun sürən müharibələr aparmışdı.

Sultanlıqda din və məzhəb 1537-ci ildə Bürhan Nizamşah şiəliyi qəbul etdi.Рыжов К. В. Все монархи мира: Мусульманский Восток. XV–XX вв.: Справочник. — М.: Вече, 2004. — 544 с., С. 357.

Hökmdarları I Əhməd Nizamşah 1490 – 1510 Bürhan Nizamşah 1510 – 1553 I Hüseyn Nizamşah 1553 – 1565 I Mürtəza Nizamşah 1565 – 1588 II Miran Hüseyn Nizamşah 1588 – 1589 İsmayıl Nizamşah 1589 – 1591 II Bürhan Nizamşah 1591 – 1595 İbrahim Nizamşah 1595 – 1596 II Əhməd Nizamşah 1596 Bahadur Nizamşah 1596 – 1600 II Mürtəza Nizamşah 1600 – 1610 III Bürhan Nizamşah 1610 – 1631 III Hüseyn Nizamşah 1631 – 1633 III Mürtəza Nizamşah 1633 – 1636.

İstinadlar

Həmçinin bax Bəhməni sultanlığı Böyük Moğol İmperiyası

Kateqoriya:Hindistan tarixi Kateqoriya:1490-cı ildə yarananlar Kateqoriya:Sultanlıqlar Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Fars dilində danışılan ölkə və bölgələr