İrşad Nadir oğlu Əliyev () — Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (1994-2004), Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı (2012–2014), Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012), Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri (1992-1994), Azərbaycan Kommunist Partiyası Goranboy Rayon Partiya Komitəsinin birinci katibi (1991), Azərbaycan Kommunist Partiyası Ucar Rayon Partiya Komitəsinin birinci katibi (1985–1991), Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi (1983–1985).

Həyatı İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzalılar kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961–1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966–1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir.

Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyəti 1970–1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974–1980-ci illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980–1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982–1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983–1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985–1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992–1994-cü illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994–2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005–2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012–2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

XI–XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar

Kateqoriya:Goranboy Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Beyləqan Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Kürdəmir Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanın kənd təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrləri Kateqoriya:Çilingərlər