Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C).
Üzvi kimya karbohidrogenləri və onların törəmələrini, yəni karbon əsaslı birləşmələri öyrənən kimya sahəsidir. Üzvi kimya maddələrin quruluşunu, xüsusiyyətlərini, reaksiyalarını və sintez yollarını araşdırır. Aşağıda üzvi kimyanın əsas aspektləri və sahələri haqqında məlumat verilmişdir:
Üzvi kimyanın əsas xüsusiyyətləri
1. Karbonun unikal rolu: Üzvi kimyada əsas element karbon atomudur. Karbon atomları öz aralarında və digər elementlərlə (hidrogen, oksigen, azot, kükürd, halogenlər və s.) sabit kovalent əlaqələr yarada bilir. Bu xüsusiyyət karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini təmin edir.
2. Karbohidrogenlər: Üzvi kimyanın təməlini təşkil edən ən sadə karbon birləşmələri karbohidrogenlərdir. Karbohidrogenlər yalnız karbon və hidrogen atomlarından ibarətdir. Karbohidrogenlər iki əsas kateqoriyaya bölünür:
Alkanlar: Sadə düzülüşlü karbohidrogenlər (doymuş). Alkenlər və Alkinlər: C=C və C≡C ikili və üçlü əlaqələri olan karbohidrogenlər (doymamış).
3. Funksional qruplar: Üzvi birləşmələrin kimyəvi və fiziki xüsusiyyətlərini müəyyən edən xüsusi atom qruplarıdır. Məsələn: Hidroksil qrupu (-OH): Spirtlərdə. Karboksil qrupu (-COOH): Karbon turşularında. Amin qrupu (-NH₂): Aminlərdə. Halogenlər (F, Cl, Br, I): Halogenli üzvi birləşmələrdə.
Üzvi kimyanın sahələri
1. Sintez: Yeni üzvi birləşmələrin hazırlanması prosesidir. Üzvi sintez tibb, materialşünaslıq və kənd təsərrüfatı sahələrində geniş tətbiq olunur.
2. Reaksiyalar: Üzvi kimya reaksiyaları karbon birləşmələrinin kimyəvi çevrilmələrini öyrənir. Məşhur üzvi reaksiyalardan bəziləri: Əlavə reaksiyaları: Alken və alkınların hidrogenləşməsi. Substitusiya reaksiyaları: Halogenlərin karbon birləşmələrində əvəz olunması. Eliminasiya reaksiyaları: Molekuldan kiçik bir hissənin ayrılması ilə ikili və ya üçlü əlaqələrin əmələ gəlməsi.
3. Stereokimya: Molekulların məkan quruluşunu və bu quruluşun onların kimyəvi və fiziki xüsusiyyətlərinə təsirini öyrənir. Enantiomerlik və diastereomerlik kimi anlayışlar stereokimyanın əsasını təşkil edir.
4. Biomolekullar: Üzvi kimya bioloji proseslərdə iştirak edən böyük üzvi molekulları, məsələn, zülallar, karbohidratlar, lipidlər və nuklein turşuları öyrənir.
Üzvi kimyanın tətbiq sahələri
1. Dərman kimyası: Yeni dərman maddələrinin kəşfi və sintezini əhatə edir. Dərman kimyası xəstəliklərin müalicəsi üçün vacibdir.
2. Polimerlər kimyası: Plastiklər və sintetik liflər kimi uzun zəncirli molekulların hazırlanmasını və xüsusiyyətlərini öyrənir.
3. Material kimyası: Yeni materialların sintezi və tətbiqlərini əhatə edir, məsələn, elektronikada istifadə olunan üzvi yarımkeçiricilər.
4. Kənd təsərrüfatı kimyası: Pestisidlər, herbisidlər və gübrələr kimi kənd təsərrüfatı məhsullarının inkişafı və tətbiqi.
Üzvi kimya həyatın əsasını təşkil edən karbon birləşmələrinin müxtəlifliyini və mürəkkəbliyini öyrənməklə yanaşı, bir çox sahədə irəliləyişlərə və innovasiyalara yol açır.
Üzvi kimyada istifadə olunn əsas termin və anlayışlar Adduktlar Addukt - A və B reagentlərinin kimyəvi qarşılıqlı təsirindən alınan A və B-nin hər birinin tərkibində atom rabitələrinin xarakterləri dəyişməz qalan AB məhsuluna deyilir. Çox hallarda birləşmə reaksiyası nəticəsində əmələ gələn molekulyar kompleksə və ya birləşmələrə deyilir. Azobirləşmələr -N=N-azoqrupu olan üzvi birləşmələrdi. Azolaşma reaksiyası Diazonium duzlarının aromatik aminlərlə, fenollarla və ya CH-turşularla müvafiq azobirləşmələri əmələ gəlmişdir. Akseptor Elektron qəbul edə bilən (elektron akseptor) protonla və yabaşqa kationlarla rabitə əmələ gətirə bilən hissəciklərə (atom, molekul və ya ion) deyilir. Aldehidlər Tərkibində formil qrupu olan üzvi maddələrdir. Atsiklik (alfatik) birləşmələr Karbon atomlarının açıq zəncirlə birləşmiş üzvi maddələrdir. Alitsiklik birləşmələr Bir və ya bir neçə doymuş və ya doymamış tsikli olan karbitsiklik karbohidrogenlərə (aromatiklərdən başqa) deyilir. Alifatik birləşmələr Adətən tsiklik strukturu olmayan karbohidrogenlərə deyilir.
Alkanlar sp3-hibridləşmiş karbon atomları olan karbohidrogenlərdir. Alkanlar doymuş karbohidrogenlər olub, karbon atomların bütün valent elektronlarının hamısı qonşu karbon və hidrogen atomları ilə tam rabitə əmələ gəlməsinə sərf olmuşdur. Alkilləşmə və ona yaxın reaksiyalar Bu termin üzvi maddələrin tərkibinə alkil qrupunun daxil edilməsinə (adətən alifatik zəncirə və ya aromatik nüvəyə) deyilir. Məsələn,
- hidrogenin və ya metalın alkil qrupu ilə əvəz olunması
- alkil qrupunun karbon-karbon ikiqat (C-alkilləşmə) və ya karbon-oksigen rabitəsinə birləşməsi (C- və ya O-alkilləşmə) və s.
Alkilləşmənin ən mühüm reaksiyası alkil qrupunun aromatik nüvəyə daxil edilməsidir.
Alkilləşməyə yaxın reaksiyalar müxtəlif funksional qrupları olan karbohidrogen fraqmentlərinin daxil edilməsidir (alkenləşmə, alkinləşmə, ketoalkilləşmə, halogenalkilləşmə və s.).
Alkoholiz Bu termindən spirtlərin iştirakı ilə birləşmə reaksiyalarını və ya spirtin təsiri ilə gedən parçalanma reaksiyalarını göstərmək üçün istifadə edilir.
Analoji olaraq amimonoliz, asidoliz, ozonoliz, xloroliz və s. mövcuddur.
Amidlər
Karbon turşularında karboksil qrupunun hidroksilinin aminlə əvəz olunmuş törəməsidir. Məs., CH3CONH2 -asetamid. Aminlər Ammonyak molekulunda bir və ya bir neçə hidrogen atomların amin qrupu ilə əvəz olunmuş məhsuluna deyilir.
CH3NH2 - metilamin (birli)
(CH3)2NH - dimetilamin (ikili)
(CH3)3N - trimetilamin (üçlü)
Aminturşular Tərkibində amin qrupu (-NH2) və karboksil qrupu (-COOH) olan üzvi maddələrdir. Antiaromatiklik Müvafiq atsiklik analoqlarından termodinamik az stabil olan qoşalaşmış tsiklik sistemlərə deyilir. Belə ki, tsiklobutadien və tsiklooktadien antiaromatik sistemlərdir, çünki müvafiq qoşulmuş atsiklik birləşmələr-butadien və oktadiendən daha çox davamlıdır. Aprotonlu həlledicilər Aromatiklik Asetallar Asetallaşma Asilləşmə Assosasiya Bimolekulyar reaksiyalar Biosintez Biradikal Birləşmə Valden fırlanması (İnversiya) Valentlik Qeyri-stabil Qopma (eliminləşmə reaksiyası) Qoşulmuş reaksiyalar Qrup Qruplaşma Dealkilləşmə Dekarboksilləşmə Dekarbonilləşmə Delokalizə Desulfolaşmadehidratlaşma Dehidrobenzol (benzin) Dehidrohalogenləşmə Dehidrogenləşmə Deizobirləşmələr Diazonium ionu Dien karbihidrogenləri Dien sintezi Dimer Dimerləşmə (dimerləşmə reaksiyası) Disproporsiyalaşma Dissosiasiya Doymamış birləşmələr Elektromənfilik Elektron sıxlığı Elektrofil Elektrofil əvəzetmə Element-üzvi birləşmələr Enollar Epoksibirləşmələr Zaytsev qaydası Zəncirvari reaksiyalar İzomerlər İzomerləşmə İzotop dəyişmə İmidlər İnduktiv effekt İnisiator İnisiatorlaşma İntermediat İnhibitor. İnhibitorlaşma İonitlər (iondəyişdirici maddələr) İonlaşma İon-radikal (radikal-ion) Karbamatlar (uretanlar) Karbonionlar Karben Karbin Karbokation Karbon turşuları Katalizator.Kataliz Ketonlar
Üzvi birləşmələr Üzvi kimya həyat kimyası kimi fəaliyyətə başlamışdır, belə ki, həmin vaxtda uzvi kimyanın laborotor kimyadan fərqli olması fikri var idi. Sonradan üzvi kimyanın karbon birləşmələri olması fikri irəli sürüldü. Buna səbəb isə üzvi maddələrin xüsusən daş kömürdə tapılması idi. Daha sonralar isə bu anlayışların vəhdət təşkil etməsi müəyyənəşdirildi. Üzvi kimyanı belə təsvir etmək olar: “Üzvi kimya - canlilarda və ətraf aləmdə tapılan elementlərin tərkibində olan, karbon birləşmələrinin kimyasıdır".
Üzvi birləşmələr bu gün bizim üçün əl çatılandır. Bunlar indiki canlı hüceyrələr–də və milyon illər ərzində ölü canlılardan çevrilmiş kütlələrdə olur. Bəzi üzvi birləşmələr əvvəllər müəyyən üsullarla alınırdı: bitkilərdən distillə yolu ilə alınan efir yağları, əzilmiş bitkilərin turşularla ekstraksiyasından alınan alkoloidlər nanədən distillə yolu ilə alınan dadverici efir yağı olan mentol, jasmin güllərindən alınan sis – jasmin parfümü(ətri). XVI əsrdə məşhur bir alkoloid olan xinin(quinine), Cənubi Amerika olan kinə ağacının qabığından ekstraksiya yolu ilə alınırdı və qızdırma-nı xüsusilə də malyariyanı müalicə etmək üçün istifadə olunurdu. Bu işi görən Yezuitlər (Yezuit qabığı dərman kimi tanınırdı) əlbəttə ki, xininin kimyəvi quruluşunu bilmirdilər. XIX əsrdə kimyaçıların əsas mövcud kimya ambarını daş kömür təşkil edirdi.Daş kömürü distil-lə etməklə, işıqlandırıcı və istilikverici qazlar (əsasən H2 və CO ), həmçinin aromatik birləşmələr olan, benzol, piridin, anilin, tio-fenlə zəngin qatran alınırdı.
Fenol Lister tərəfindən cərrahiyyədə antiseptik maddə kimi istifadə olundu və anilin boyalar sənayesinin əsas elementi oldu. Beləliklə, təbiətdə olan üzvi birləşmələrdən daha çox olan, yeni üzvi birləşmələrin kimyaçılar tərəfindən sintez edilməsi yollarının axtarılması başlandı. Hələ də istifadə olunan, boya növü olan qəhvəyi-bismarkın ilkin işləri Almaniyada aparılmışdır.
XX əsrdə neft daş kömürü ötüb keçdi, buna səbəb isə neftin yanacaq kimi istifadəyə yararlı olan metan ( CH4 – təbii qaz) və propan (C3H8 – istilik qazı ) kimi üzvi birləşmələrin, sadə karbohidrogenlərin əsas mənbəsi olması idi. Eyni vaxtda kimyaçılar yeni mənbə olaraq, göbələklər, mərcanlar və bakteriyalardan yeni molekulların axtarışına başladılar. Kimya sənayesi “toplu” və “seçmə” olaraq, paralel istiqamətdə inkişaf etməyə başladı. Toplu kimyəvi maddələr olan boyalar və plastiklər, sadə molekullar əsasında multitonlarla hazırlandığı halda, seçmə kimyəvi maddələr olan dərmanlar, parfümlər və dadverici maddələr daha kiçik miqdarda istehsal olunur və bu istehsaldan daha artıq gəlir əldə olunurdu.
Hazırda 16 milyon üzvi birləşmənin yazılışı məlumdur. Buna limit qoymaq olmaz (kainatın element atomlarının sayı istisna olmaqla). Təsəvvür edin ki, siz indi uzun zəncirli karbohidrogen zənciri düzətmisiniz və elə indicə də ora başqa bir karbon atomu birləş-dirməklə başqa bir karbohidrogen zənciri düzəldə bilərsiniz. Bu kimi proseslər sonsuz olaraq, müxtəlif növ birləşmələrdə gedə bilər. Lakin bu milyonlarla olan üzvi birləşmələr xətti karbohidrogenlərin geniş siyahısını yox, onların müxtəlif növ moekullarının qəribə xassələrini nümayiş etdirir.
Üzvi birləşmələrin formaları Onlar bərk kristallar, yağlar, mumlar, plastiklər, elastiklər , mobil və ya dəyişkən mayelər , qazlar ola bilər .Məsələn: şəkər ağ kristal maddədir. Şəkər ucuz təbii birləşmə olub, bitkilərdən alınır.Uçucu, alışqan xassəyə malik olan karbohidrogenlər qarışığından ibarət olan benzin rəngsiz mayedir. Benzinin oktan ədədini artıran izooktan da rəngsiz mayedir. 120px|thumb|left|Izooktan Birləşmələrin rəngli olmasına ehtiyac yoxdur. Həqiqətən də biz tezliklə üzvi birləşmələrin göy qurşağının spektrlərinə çevrilməsini xəyal edəndə , qara və qəhvəyi rəngi xatırlamayacağıq . Cədvəl 1-də müxtəlif birləşmələrin rəngləri gostərilmişdir. Rəng bizim maddələri taniya bilməmiz üçün yeganə xassə deyil. Həmçinin iy bizim ətrafımızda olan maddələri duymamızı təmin edir. Bnlardan bəziləri tamamilə murdar üzvi birləşmələrdir. Məsələn: skunsun ifraz etdiyi iy iki tiolun (tiol – tərkibində SH qrupu olan birləşmədir) qarışığından ibarətdir. Rəng Xarakteristika Birləşmə Qırmızı Tünd qırmızı altıbucaqlı piltələr 3-Metoksi benzoheptatrien-2 Portağal rəngi Tünd sarı iynələr Dixloro didisiano xinon (DDX) Sarı Zəhərli sarı partlayıcı qaz Diazometan Yaşıl Polad mavi parıltılı yaşıl prizmalar 9-nitrozo culoldin Mavi İstiot iyli mavi maye AzulenBənövşəyi Bərk bənövşəyi maddənin tutqun mavi kondensatı Nitrozo triftormetan
Üzvi kimyanın iyləri