Mister Spivetin inanılmaz səyahəti (-tərcümə: Kiçik yaşlı və qəribə T.S. Spivet) — Amerikalı yazıçı Reif Larsenin T.S Spivetin Seçilmiş İşləri kitabı əsasında Jan- Pyer Jeunet tərəfindən macəra janrında çəkilmiş film. Filmdə Kayl Catlett, Helena Bohman Karter, Cudi Devis və Renni Kallum Kit kimi film ulduzları iştirak ediblər.
Süjet T.S. Spivet böcəklərin morfologiyası ilə məğul olan anası, atası və 14 yaşlı Miss Amerika olmaq arzuları ilə yaşayan bacısı ilə Montanada heyvandarlıq fermasında yaşayır. Filmdə ailənin mal-qaranı saxladığı yerdə odlu silahdan açılmış atəş nəticəsində həlak olmuş Spivetin kiçik qardaşı Layton da var. Layton həmişə Spivetin heç kəs olmadıqda gözünə görünür və atəş miqyasının ölçülməsi təcrübəsi üçün onunla söhbət edir, ancaq Spivet özü nə baş verdiyini başa düşmürdü. Spivet artıq 10 yaşı olanda elmi kəşflərə və kartoqrafiyaya böyük maraq göstərirdi. Bir gün o gözlənilmədən Smitsonian İnstitutundan zəng qəbul edir və ona, daimi mühərrikin kəşfinə görə çox nüfuzlu Beyrd mükafatının qalibi olduğu söylənilir və onun şərəfinə keçirilmiş tədbirdə özünün də iştirak etməsini istəyirlər. Bu haqda T.S.Spivet evdə heç kəsə demir və bu tədbirə yük qatarı ilə gedir.
Mükafatları 39-cu Sezar Mükafatı təqdimatında film Ən Yaxşı Kinemotoqrafiya mükafatı qazanıb.
İstinadlar
Kateqoriya:Kanada filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Kanadanın macəra filmləri Kateqoriya:2013-cü ilin Kanada filmləri Kateqoriya:2013-cü ilin Fransa filmləri Kateqoriya:İngiliscə Kanada filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:Yol filmləri Kateqoriya:Kanadanın dram filmləri