Pirojok () və ya pirojki (() — içliklə doldurulmuş kiçik ölçülü çörək və ya xəmir məmulatı. ümumiyyətlə Rusiya və Şərqi Avropa mətbəxinə məxsusdur.https://www.oed.com/search/dictionary/?q=pirozhok Pirojol məşhur küçə yeməyi və rahatlıq qidasıdır. Onlar xüsusilə böyük etnik rus icmalarının yaşadığı ölkələrdə məşhurdur.

Bu, maya ilə, mayasız və ya qata-qat xəmirdən hazırlanır və ya sobada bişirilir, ya da yağda qızardılır. Bişmiş pirojoklar adətən "qayıq" formalı (uzunsov və uc hissələri iti) və ya oval olur, qızardılmış pirojoklar isə oval-yastı və ya "aypara" formasında hazırlanır. İçliyin çəkisi pirojokun ümumi kütləsinin 20–25 faizini təşkil etməlidir. Bu nisbət xüsusilə kələm, kəsmik və marmelad ilə doldurulmuş qızardılmış pirojoklar üçün tətbiq olunur. Digər növ içliklərdə bu nisbət 25–35 faiz arasında dəyişir. Standart pirojokun ümumi çəkisi, qaydalara görə, 100 qramadək olur.

Pirojki sözü rus dilində "piroq" sözünün kiçiltmə formasıdır.

Terminologiyası thumb|right|Bakıda pirojok satıcısı.

"Pirojki" (, ) sözü rus dilindən gəlir və vurğu son hecada yerləşir: [pʲɪrɐʂˈkʲi]. Tək formada olan "pirojok" () sözü "piroq" () sözünün kiçildilmiş formasıdır və tam ölçülü "piroq", yəni böyük piroq mənasını verir. Bu söz qədim rus dilindəki "pirъ" () sözündən yaranmışdır.

Digər slavyan dillərində onun oxşar formaları mövcuddur: belarus dilində pirajki (піражкі) və ukrayn dilində "pırijki" (пиріжки).

Mədəniyyətdə Darra Qoldşteynin fikrinə görə, pirojok "Rus həyatında olduğu qədər ədəbiyyatda da hər yerdə mövcuddur. Küçə küncləri daşıyıcı sobadan təzəcə çıxmış pirojları satan satıcılarla doludur; kafelərdə isə şorba ilə yanaşı ət pirojları da təqdim olunur […] Onların kiçik qohumları olan pirojkilar cib ölçüsündə və oval formalıdır. Bütün bunlar müxtəlif xəmirlərdən — maya, qum və ya lay xəmirdən — hazırlanır və içliyə ən uyğun olanı seçilir". O, pirojokun ədəbiyyatda yerinə Nikolay Qoqolun "Dikanka yaxınlığında fermada axşamlar" əsərini nümunə göstərmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat Бутейкис Н. Г., Кенгис Р. П. Пирожки печёные. Пирожки жареные // Приготовление мучных кондитерских изделий. — М.: Экономика, 1965. — С. 179–181, 193–194. — 252 с. — 45 000 экз. Пирожки // Товарный словарь / И. А. Пугачёв (главный редактор). — М.: Государственное издательство торговой литературы, 1959. — Т. VI. — Стб. 1049–1053. — 581 с.

Əlavə ədəbiyyat

Kateqoriya:Piroqlar Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Küçə yeməkləri Kateqoriya:Milli xörəklər Kateqoriya:Qəlyanaltı yeməkləri Kateqoriya:Məzələr Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Belarus mətbəxi Kateqoriya:Estoniya mətbəxi Kateqoriya:Latviya mətbəxi Kateqoriya:Monqolustan mətbəxi Kateqoriya:Polşa mətbəxi Kateqoriya:Sovet mətbəxi Kateqoriya:Serbiya mətbəxi Kateqoriya:Ukrayna mətbəxi Kateqoriya:Yunanıstan mətbəxi Kateqoriya:Yaponiya mətbəxi Kateqoriya:Mərkəzi Asiya mətbəxi Kateqoriya:Qeyri-şirin piroqlar