Yakov Mixayloviç Sinyov (; ) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra, 1943).

Həyatı Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir.

25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

17 aprel 1943-cü ildə həlak olmuşdur. Rusiyanın Krasnodar diyarının Krımskaya rayonundakı Qardaşlıq qəbiristalığında dəfn olunmuşdur. Adına Sumqayıt şəhərində küçə var.

İstinadlar

Ədəbiyyat Герои Советского Союза. Краткий биографический словарь. Т.2. – М., 1988. Герои Отечества. Москва, 2004. Дьячков Л. Г. Наша гордость и слава. Воронеж, 1968. Золотые Звёзды Азербайджана. Баку, 1975. Навечно в строю. Альбом. Выпуск 1. М.: Воениздат, 1971. Навечно в строю. Книга 1. М.: Воениздат, 1957.

Xarici keçidlər Синёв Яков Михайлович

Kateqoriya:Ruslar Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar