Georgi Georgiyeviç Svetaçov () — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944)

Həyatı Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci taqım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir.

22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir.

15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdirУказ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 15 января 1944 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 23 января (№ 4 (264)). — С. 1..

İstinadlar

Ədəbiyyat Юные герои Витебщины. Минск, 1980.

Xarici keçidlər Светачев Георгий Георгиевич

Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:SSRİ leytenantları Kateqoriya:SSRİ tankçıları