Raça zəlzələsi - Gürcüstanın Oni rayonunda 29 aprel 1991-ci ildə Qrinviç vaxtı ilə saat 09:12:48.1-də ardıcıl olaraq üç təkanla qeydə alınmışdır. Onların maqnitudaları Ms=6.1, Ms=5.5, Ms=6.2 olmuşdur. Episentrdə zəlzələnin intensivliyi MSK-64 seysmik cədvəli üzrə 9 balla qiymətləndirilmiş, afterşokları isə aylarla davam etmişdir. Bu zəlzələ 200-dən artıq insan itkisinə səbəb olmuş, 60 000-dən artıq adam evsiz qalmış, ümumilikdə isə 1000 km²-dən artıq əraziyə zərər dəymişdir.2009-Cİ İLDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ SEYSMOPROQNOZ MÜŞAHİDƏLƏRİN KATALOQU

İstinadlar

Kateqoriya:Gürcüstanda zəlzələlər Kateqoriya:29 apreldəki hadisələr Kateqoriya:1991-ci ildəki hadisələr Kateqoriya:1991-ci ildə Gürcüstan Kateqoriya:Raça