Abel Məmmədəli oğlu Məhərrəmov () — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2007), kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri.Vəzifəli kafedra müdirləri
Həyatı Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olubPərvanə İbrahimova, Anzulə Əmirova. "Akademik zirvə" . "Elçi" qəzeti, 06 – 08 may 2007-ci il.. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur.
1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbiniAmin Səfərli, Güllübulaqlı gənc kimyagər… "Elçi" qəzeti, 10 – 16 oktyabr 2010-cu il. qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümumittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.
15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.
Elmi fəaliyyəti Üzvi kimya kafedrasının müdiri, "Zərif üzvi sintez" elmi-tədqiqat laboratorayasının rəhbəri, AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi, kimyanın əsas sahələrindən hesab edilən neft kimyası, üzvi kimya sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış kimyaçı alimdir.
Üzvi kimya sahəsində İlk dəfə olaraq, üzvi kimyada "Dopinq effekti" kimi tanınan yeni sintez metodu müəyyən edilmişdir. Bununla da çətin alınan və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir. İlk dəfə olaraq, on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmiş, sonra isə onların doymuş və doymamış törəmələri sintez edilərək RQA metodu ilə molekulyar və kristallik quruluşları öyrənilmişdir. Katalitik olefinləşmə reaksiyası əsasında halogenəvəzli olefinlərin sintezi, reaksiya məhsullarının RQA tədqiqi və zərif üzvi sintezdə istifadəsi sahəsində yeni nəticələr əldə olunmuşdur. Trixlorasetonitril əsasında keçid metalların 1,3,5-triazopentadien komplekslərinin templat sintez üsulu işlənib hazırlanmış, sintezdə və kristalın formalaşmasında RQA metodu ilə qeyri-kovalent halogen əlaqələrinin rolu öyrənilmişdir. Çoxkomponentli kondensləşmə reaksiyalar sahəsində aromatik aldehidlərin metilenfəal diketonlar və ketoefirlərlə ikiqat kondensləşmə məhsulları, sonuncular əsasında isə müxtəlif quruluşlu azotlu alitsiklik, heterotsiklik, bitsiklik və spirotsiklik sistemlər alınmışdır. Asimmetrik Hans reaksiyası əsasında bir çox optiki aktiv birləşmələr sintez edilmiş, xiral üzvi katalizatorun təbiətinin və temperaturun reaksiyanın çıxımına və optiki təmizlik dərəcəsinə təsiri araşdırılmışdır. Ariləvəzli 1,2-xlorhidrinlərin müxtəlif aminlərlə qarşılıqlı təsirindən tərkibində aromatik halqa saxlayan 1,2-aminspirtlərin sulu mühitdə səmərəli sintez üsulu işlənilmişdir. Bəzi 1,3-dikarbonilli birləşmələrin epixlorhidrinlə müxtəlif əsaslar iştirakında alkilləşmə reaksiyası tədqiq olunmuş və funksionaləvəzli bioloji aktiv birləşmələr sintez edilmiş, onların bakterisid, fungisid xassələr göstərdiyi müəyyən edilmişdir.
Analitik kimya sahəsində Metilen aktiv birləşmələrin arilhidrazonlarinin koordinasiyon kimyası ətraflı öyrənilmiş və alınmış yeni komplekslər oksidləşmə və yeni C-C rabitəsinin əmələ gəlməsi reaksiyalarında katalizator kimi tətbiq edilmişdir. β-Diketonlar əsasında yeni sinif üzvi reagentlər — azobirləşmələr sintez edilmişdir. Kvantkimyəvi hesablama metodu ilə reagentlərin tautamer formalarının reaksiyaya girmə qabiliyyətləri öyrənilmiş, komplekslərin RQA metodu ilə molekulyar və kristallik quruluşları tədqiq olunmuşdur. Kompleks birləşmələrin quruluşları ilə xassələri arasında asılılıqlar müəyyənləşdirilmişdir.
Neft kimyası sahəsində Alkenilfenolların homolitik tiilləşmə, fosforilləşmə, aminometilləşmə, simmetrik dihalogenalkanlarla kondensləşmə reaksiyaları sistemli şəkildə tədqiq edilmişdir. Sintez olunmuş birləşmələr yanacaq, yağlara polifunksional aşqarlar, neftçıxarma, eləcə də neft emalı sənayesində korroziya inhibitorları, sulfat reduksiyaedici bakterisid xassələri göstərərək müsbət nəticələr əldə edilmişdir. Fenol saxlayan xalkon törəmələri əsasında müxtəlif bioloji aktiv heterotsiklik birləşmələr sintez edilmiş, onların məhlul sistemlərində baş verən dinamik effektlər NMR spektroskopiyasının köməyi ilə tədqiq edilmişdir.
Polimer kimyası sahəsində Sənaye polimerləri və polimer tullantılarının kimyəvi modifikasiyası ilə polifunksional polimerlərin sintezinin qanunauyğunları bərk fazada NMR-, İQ- spektroskopiya, skanedici elektron mikroskopu və digər müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə öyrənilmişdir. Sintez olunmuş polimerlərin sorbent, nanokompozitlərin stabilləşdiricisi kimi müvəffəqiyyətlə tətbiq oluna biləcəyi tövsiyə olunmuşdur.
Nanomaterialların sintezi və tətbiq sahələrində İlk dəfə olaraq, aktiv xassələrə malik nanoquruluşların (superparamaqnit, nəhəng maqnit müqaviməti, fotolüminsensiya, fotovoltaik, fotorezistiv, katalitik və s.) alınma texnologiyasının elmi əsasları işlənilmiş, müxtəlif mühitlərdə bu xassələri saxlamaqla stabilləşdirilmiş, fiziki-kimyəvi xassələri tədqiq edilmiş və onların çeviricilər (sensorlar) texnikasında, təbabətdə, ekoloji problemlərin həllində, neftçıxarmada tətbiq imkanları öyrənilmişdir.
Tədqiqat sahəsi On iki üzvlü tsikllərin konformasiyası; kükürdsaxlayan heterotsikllər; allilfenolların törəmələri; nanokimya, neftkimyası Çapdan çıxmış elmi əsərlərin ümumi sayı — 1270 xaricdə çıxmış elmi əsərlərin sayı — 625 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda map olunan məqalələrin sayı — 485 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı — 54 Kadr hazırlığı: −53 fəlsəfə doktorların sayı — 41 elmlər doktorların sayı −12 Elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və Azərbaycanda 600-ə yaxın elmi məqalə dərc etdirmişdir. O cümlədən 33 ixtiranın müəllifidir 10-a yaxın monoqrafiya çap olunmuşdur. 37 dərslik və dərs vəsaiti çap olunmuşdur. "Alkenilfenolların kimyası", "Aminotiollar və onların törəmələri" və "Neft kimyası və neft-kimyəvi sintez", "Dərman maddələrinin sintezi" dərsliklərinin müəllifidir.
Mükafatları və tutduğu vəzifələri thumbnail|Dmitri Medvedyevə BDU-nun fəxri doktoru adının təqdim olunması mərasimi (3 sentyabr 2010)
1999-cu il – "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir. 11 fevral 2000-ci il – "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) "Qızıl medal"ına layiq görülmüşdür. 2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür. 2002-ci il – "İlin islahatçı rektoru" nominasiyası üzrə qalib olmuşdur. 2003-cü il – "İlin rektoru" seçilmişdir. 2004-cü il – "Azərbaycanın tanınmış alimləri" beynəlxalq müsabiqəsinin qalibi olmuş, "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu ilə təltif olunmuşdur. 2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali "Qızıl ulduz" ordeni ilə təltif olunmuşdur. 2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "Dünyanın aparıcı təhsil xadimi" seçilmişdir. 2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə "Qızıl buta" mükafatına layiq görülmüşdür. 2007-ci il – "Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. 2008-ci il – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür. 2008-ci il – "Azərbaycan Ədliyyəsinin 90 illiyi" xatirə medalı ilə təltif olunmuşdur. 2009-cu il – "Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi"nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur. 30 oktyabr 2009-cu il – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 2009-cu il – "Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2010-cu il – "Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə" Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir. 2010-cu il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir. 2010-cu il – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir. 2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən "Qızıl medal"la təltif edilmişdir. 2010-cu il – "ECO-2010" Gənclər Koalisiyasının "Ekologiyanın Dostu" milli mükafatı verilmişdir. 2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2011-ci il – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin "Şərəf və Vicdan" Avropa ordeni ilə təltif olunmuşdur. 2011-ci il – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir. 2011-ci il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən "Avrasiyanın fəxri" medalı ilə təltif edilmişdir. 2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur. 2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə "Turizmə dəstək" Gənclər Koalisiyası tərəfindən "Turizm-2011" mükafatı ilə təltif edilmişdir. 2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən "Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı"na layiq görülmüşdür. 2012-ci il – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir. 2012-ci il – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir. 2012-ci il – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2013-cü il – Avropa elmi-sənaye palatasının "Qızıl medal"ı və diplomu ilə təltif edilmişdir. 2013-cü il – "Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilmişdir. 2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə "Zəfər" yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur. 2014-cü il – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir. 2015-ci il – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir. 2015-ci il – Rusiya Federasiyası İstintaq Komitəsinin "Dəstəyə görə" medalı və "Böyük Vətən müharibəsində qələbənin 70 illiyi"nə həsr olunmuş xatirə medalı verilmişdir. 2015-ci il – "Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə" diplomu, "Qızıl medal"ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir. 2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin "Qazax xanlığının 550 illik yubileyi"nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur. 2016-cı il — "Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə" qızıl medal ilə təltif olunmuşdur. 2017-ci il — "Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə" Beynəlxalq "Mahmud Kaşqari" mukafatına və medalına layiq görülmüşdür.