Təkbətək döyüş - iki fərd arasında vuruşma, çarpışma, dava. Təhlükəli hallarda özünü və yaxınlarını qorumaq üçün insanların istifadə etdikləri üsul. Təkbətək döyüş 4 cürə ola bilər: Hərbi döyüş; İdman döyüşü; Təkbətək döyüşün Şərqi növləri; Qarışıq üsullar ilə döyüş.
Hərbi döyüşlər thumb|200px Hərbi təkbətək döyüşün məqsədi ölümcül təhlükə altında ölaraq vuruşub sağ qalmaq, məğlub olanda isə rəqibə mümkün qədər çox zədə vurmaqdır. Müasir əsgərlər hərbi məktəblərdə əlbəyaxa, soyuq və odlu silahla döyüşməyi öyrənirlər. Əsas tədris kursları: Operativ əlbəyaxa döyüşАлександр Травников. Оперативный рукопашный бой по системе спецназа КГБ.; Ordu bıçaq döyüşüАлександр Травников. Школа армейского ножевого боя.; Süngü döyüşüАлександр Травников. Штыковой бой. Боевые приемы прикладного раздела оперативного каратэ.; Tapança ilə əlbəyaxa döyüş.Сергей Сергиенко. Пистолет в рукопашном бою. По системе спецназа ГРУ ГШ. Под. ред. проф. Александра Травникова və s. Hərbçilər yalnız xüsusi əməliyyatların keçirilməsi zamanı əlbəyaxa döyüş fəndləri tətbiq etmək hüququna malikdirlər. Digər hallarda döyüş fəndlərinin tətbiqi qadağan edilir və ardınca hərbçi hətta cinayət məsuliyyətinə cəlb oluna bilər.
İdman döyüşləri thumb|200px|Boks yarışından bir fraqment İdman döyüşlərinin məqsədi yüksək idman nailiyyətlərinə nail olmaqdır. İdman döyüşlərində travmatizmi minimallaşdırmaq məqsədilə daha sərt qaydalar və məhdudiyyətlər istifadə olunur. Həmçinin müxtəlif qoruyucu ləvazimatlar istifadə olunur (əlcəklər, boksda və karatedə kapalar, qılıncoynatmada dəbilqə, maskalar). İdman təkbətək döyüşlərinin əsas növləri - boks, qılıncoynatma (rapira, qılınc), sərbəst güləş, klassik güləş, sambo, kikboksinq və s).
Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılıb. 1926-cı ildə ilk dəfə olaraq boks üzrə Azərbaycan çempionatı keçirilib. 1926-cı ildə Azərbaycanın ən güclü boksçuları Zaqafqaziya çempionatında iştirak edib və qalib olublar. 1929-cu ildə Azərbaycan Türkiyə beynəlxalq görüşü keçirilmişdir. Azərbaycan Boks Federasiyası 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub. 2009-cu il yanvarın 23-də Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilmişdir. Kəmaləddin Heydərov yekdilliklə federasiyanın prezidenti seçilmişdir. Konfransda Ağacan Əbiyev federasiyanın I vitse-prezidenti, Süleyman Mikayılov və Rövşən Hüseynov isə vitse-prezident seçilmişlər.Boks
Sambo güləşi ölkəmizin müxtəlif xalqlarının milli güləşlərindən götürülmüş fəndlərdən ibarətdir. Qazaxların "kures", azərbaycanlıların "güləş", gürcülərin "çidoba", taciklərin "güştingiri" güləşləri ilə sambo arasında oxşar cəhətlər çoxdur. "Sambo" sözü rusca "Самоoборона без оружия" (silahsız özünümüdafiə) sözlərinin ixtisarından düzəlmişdir. Sambonun fəndərini bilən adam nəinki bir, hətta bir neçə cinayətkarın öhdəsindən gələrək onların silahlarını əlindən almağı bacarar. Azərbaycan milli güləşinin tarixi çox qədimdir. Peşakar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur.Güləşhttp://www.azerbaijan.az/portal/Society/Sport/sport_01_a.html AZƏRBAYCANIN İDMAN TARİXİ Şərqi döyüş növləri
Qarışıq üsullar ilə döyüş thumb|left|250px|"Qaydasız döyüş" Carnage at the Creek 6 thumb|"Qaydasız döyüş" Chuck Liddell vs. Rich Franklin UFC Qarışıq üsullar ilə döyüşdə bir neçə müxtəlif əlbəyaxa döyüş növlərinin fəndlərindən istifadə etmək icazə verilir (boks, güləş, sambo, karate və s.). Burada məhdudiyyətlər var, lakin qaydalar minimuma endirilmişdir. Qarışıq üsullar ilə döyüşün ən sərbəst növü "Qaydasız döyüş" adlanır.
İstinadlar
Kateqoriya:İdman