“Laokoon və oğulları” () və ya “Laokoon qrupu” () — Vatikanın Pio-Klementino Muzeyində Laokoon və oğullarının ilanlarla olan mübarizəsini təsvir edən heykəl. 1506-cı ildə qazıntılar zamanı Romada aşkara edilmiş heykəl Vatikanda yerləşdirilmiş və ictimai baxışı təşkil edilmişdir.Beard, 209 Ehtimal edilir ki, “Laokoon və oğulları” Böyük Plininin təriflədiyi məşhur heykəldir.Son dövrlərə kimi Plini tərəfindən təriflənən heykəlin Kapitoli canavarı heykəli olması düşünülsə də, son tədqiqatlar həmin heykəlin orta əsrlərə aid olduğunu göstərmişdir. Heykəli təşkil edən fiqurlar demək olar ki, təbii boy ölçüsündədir, ümumilikdə heykəl bir metrdən bir qədər artıq hündürlüyə malikdir. Heykəl Troya kahini olan Laokoon və onun oğulları Antifant və Timbreyə dəniz ilanının hücum etməsi səhnəsini təsvir edir.
Bu əsər incəsənət tarixində “insan əzabı ikonasının prototipi” adlandırılmışdır.Spivey, 25 Xristian incəsənətində tez-tez təsvir edilən və İsanın iztirabları, o cümlədən cəfakeşləri göstərmək üçün istifadə olunan aqoniyadan fərqli olaraq Laokoonun əziyyəti günah yumaq üçün vasitə deyil və mükafatlandırılmır.Spivey, 28–29 Əziyyət fiqurların əyilmiş üz mimikalarında (Çarlz Darvin qeyd edir ki, Laokoonun qabarıq qaşları fizioloji olaraq mümkün deyil),Spivey, 25 (Darwin), 121–122 o cümlədən müqavimət göstərən bədənlərin, xüsusilə Laokoonun bədəninin gərgin əzələlərində ifadə olunur.
Plini heykəlin müəllifinin imperator Titin sarayında fəaliyyət göstərmiş üç Rodoslu yunan heykəltəraşı – Aqesandr, Afinador və Polidor olduğunu göstərsə də, nə onun işlənmə tarixini, nə də sifarişçisini qeyd etmir.
Əsər “ellinizm barokkosunun ən gözəl nümunələrindən biri” hesab edilsə də, onun orijinal olduğu, yoxsa daha qədim dövrə aid tunc və ya mərmər Qədim Yunan heykəlinin kopyası olduğu bilinmir.Boardman, 199 Əsərin e.ə. II əsrdə yaradılmış orijinal heykəl olduğu düşünülsə də, hazırda bu ideyanın tərəfdarları azdır və əksər tədqiqatçılar onu tunc orijinalın kopyası hesab edirlər.Clark, 219–221 bu mövqeyi ilk dəfə səsləndirmişdir; həmçinin bax: Barkan, caption opp. p 1, Janson və s. Digərləri isə onun orijinal iş olduğunu qəbul edərək, daha gecə dövrdə yaradıldığını və Perqam stilinin istifadə olunduğunu düşünürlər. İstənilən halda o, zəngin romalının, bəlkə də imperator ailəsi üzvlərindən birinin evi üçün zifariş edilmişdir. Heykəlin tarixləndirilməsi üçün e.ə. 200-cü ildən e.ə. 70-ci ilə kimi müxtəlif təqvimlər göstərilsəBoardman, 199 deyir ki, "təxm. e.ə. 200 "; Spivey, 26, 36, düşünür ki, əsər Tit tərəfindən sifariş edilmiş ola bilər. də, hazırda daha çox “Yulilər-Klavdilər sülaləsinin hakimiyyəti dövrü (e.ə. 68-e.ə. 27)” heykəlin yaradılması tarixi kimi qeyd edilir.Howard, 422
Qazıntı zamanı əldə edilmiş heykəl üçün əsər kifayət qədər yaxşı vəziyyətdə olsa da, tədqiq edilməsi göstərmişdir ki, həm qədim dövrdə, həm də yenidən aşkarlanmasından sonra abidə üzərində bərpa işləri aparılmışdır. Hazırda heykəl Vatikan muzeylərinin tərkibinə daxil olan Piy-Kliment muzeyində sərgilənir.
Mövzu
Troyalı kahin Laokoonun hekayəsi Troya müharibələri epik silsiləsindən olsa da, Homer tərəfindən xatırlanmır. Laokoonun başına gələnlər Sofoklun dövrümüzə çatmamış faciəsinin mövzusu olmuş, eyni zamanda müxtəlif yunan yazıçıları tərəfindən xatırlanmışdır. Buna baxmayaraq, ilanın hücum etməsi səhnəsi hər dəfə fərqli təsvir olunmuşdur. Hadisənin dövrümüzə çatmış ən məşhur təsviri Vergilinin “Eneida”sındadır ki, bu da ehtimal ki, heykəlin yaradılmasından sonrakı dövrə - e.ə. 29-19-cu illər aiddir. Buna baxmayaraq, bəzi tədqiqatçılar heykəlin Vergilinin əsərində təsvir edilən hadisəni təsvir etdiyini düşünürlər.Boardman, 199, həmçinin Sperlonga und Vergil by Roland Hampe; qarşı fikir üçün Smith, 109
Vergilinin əsərində Poseydonun kahini olan Laokoon Troya atına nizə ataraq onun sirrini açmağa çalışdıqdan sonra oğulları ilə birlikdə qətlə yetirilir. Sofoklun təsvirində Apollonun kahini olan Laokoon əbədi bakir qalmalı olsa da, evlənir. İlanlar əziyyət çəkməsi üçün onun oğullarını öldürür, özünü isə sağ saxlayırlar.Smith, 109 Digər versiyaya görə, o, Poseydon məbədində həyat yoldaşı ilə sekslə məşğul olduğuna görə öldürülür və ya məbəddə olan həyat yoldaşını qurban verir.Stewart, 85 Birinci variantda ilan Poseydon tərəfindən göndərilirWilliam Smith, Dictionary of Greek and Roman Biography and Mythology, Taylor and Walton, 1846, p. 776, ikinci variantda isə onu Poseydon, Afina və Apollon göndərirlər və hər iki variant troyalılar tərədindən Troya atının müqəddəs olması kimi təfsir edilir. Buna baxmayaraq, hər iki versiya fərqli mənəvi dəyərə malikdir: Laokoon ya düz hərəkət etmədiyinə görə cəzalandırılın, ya da düz söz dediyinə görə.
Heykəldəki ilanlar həm dişləyir həm də üç personaja dolanaraq onları boğmağa çalışırlar və ehtimal ki, Vergilinin təsvirinə uyğun olaraq o, zəhərlidir. 1537-ci ildə heykəli tərif edən Pyetro Aretino da belə fikirləşir:
Hekayənin yunan versiyalarından birində böyük oğul qaçmağa müvəffəq olur və ehtimal ki, heykəl də buna ehtimal yaradır.Stewart, 78
Tarixi Qədim dövr
Əsərin stili ellinizm dövrünün “Perqam barokkosu”na yaxındır. Təxminən e.ə. 200-cü ildə Kiçik Asiyanın yunan hissəsində yaranmış bu stilin dövrümüzə çatmış ən məşhur nümunəsi Perqam altarıdır (e.ə. 180-160-cı illərdə hazırlanmış əsər hazırda Berlindəki Perqam muzeyində saxlanılır).Boardman, 164-166, 197-199; Clark, 216-219; Cook, 153 Altarı bəzəyən Alkioney fiquru (ilan da daxil olmaqla) Laokoona bənzər stil və formada təsvir edilsə də, “daha müstəqil və öz prinsipləri baxımından çılğındır”.Cook, 153
Qrupa daxil olan heykəllərin qədim dövrdə bərpa işlərinə məruz qaldığı nəzərə alındıqdan belə, Laokoon qrupu bütün ölçülər və işlənməsi baxımından çox yüksək keyfiyyətlidir. Qrupa daxil olan iki gənc fiquru ata ilə müqayisədə xeyli kiçikdir ki, bu da mərkəzi fiqurun təsirliyini daha da artırır. Zərif ağ mərmərin yunan mənşəli olması ehtimal edilsə də, tədqiqatlar zamanı bunun sübut edilməsi mümkün olmamışdır.
Plini
Ensiklopedik xarakterli “Təbii tarix” əsərində Qədim Yunan və Qədim Roma daş heykəltəraşlığından bəhs edərkən (XXXVI, 37) Plini deyir:
Ümumi qəbul edilmiş fikrə görə Plininin təsvir etdiyi əsər, hazırda Vatikanda saxlanan heykəl hesab edilir.As Beard, 210, a sceptic, complains; see "Chronology" at January 1506 for dissidents Müasir dövrdə əksər tədqiqatçılar rodoslu sənətkarların, e.ə. 200-cü illərdə yaşamış Perqamlı sənətkar tərəfindən bürüncdən yaradılmış əsəri kopyaladığını düşünürlər.Stewart, Andrew W. (1996), "Hagesander, Athanodorus and Polydorus", in Hornblower, Simon, Oxford Classical Dictionary, Oxford: Oxford University Press.Boardman, 199; Smith, 109-110 Maraqlıdır ki, Plini bu məsələni açıq şəkildə müzakirə etmir və bu onu göstərir ki, o, “əsəri orijinal iş kimi qəbul edir.”Isager, 173 Plini əsərin imperator Titin sarayında saxlandığınıqeyd edir və ehtimal ki, 1506-cı ldə kəşf edilənə kimi əsər elə orda da qalmışdır. Lakin, Plini əsərin bütöv bir mərmər blokundan yonulduğunu qeyd etsə də, Vatikandakı əsər ən azı yeddi müxtəlif daş blokdan hazırlanmış hissələrə malikdir.Howard 417-418 and figure 1 has the fullest account used of the complicated situation here; with the damages and after the various restorations he lists 14 parts (417, note 4) when the group was last dismantled. See also Richard Brilliant, My Laocoön - alternative claims in the interpretation of artworks, University of California Press, 2000, p.29 Plininin istifadə etdiyi “razılığı” () ilə ifadəsi bəzi tədqiqatçılar tərəindən heykəltəraşların işində yox, sifarişə aid edilir. Naycel Spivi həmin hissəni belə tərcümə edir: “[sənətkarlar] sovetin qərarı ilə heykəl qrupunun layihəsini işlədilər”. Burdan belə çıxır ki, Tit heykəli sifariş edərkən bəlkə də aralarında həm də Plini olan sənətkarlarla məsləhətləşmişdir.Spivey, 26; see also Isager, 173, who translates it "by decision of the [imperial] council".
Həmin sənətkarların adı, ata adları ilə birlikdə başqa sıra ilə olsa da (Afinador, Aqesandr, Polidor) Tiberinin Sperlonqdakı villasında saxlanan heykəllər qrupu üzərində də qeyd edilir.Rice, 239, with photo on 238 Buna baxmayaraq həmin adların əsərlərin sahibini göstərdiyi və eyni adların heykəltəraşları göstərmədiyi ehtimalı da vardır. Hər iki heykəl qrupu arasında bir çox oxşar xüsusiyyətlərin olmasına baxmayaraq, Laokoon qrupu detalların yüksək keyfiyyətli işlənməsi ilə seçilir.Herrmann, 277
Bəzi tədqiqatçılar Rodos adasındakı Lindos arxeoloji abidəsi ərazisindən aşkarlanmış e.ə. 42-ci ilə aid Afinador və Aqesandr imzasına əsaslanaraq, əsərin yaradılma dövrünü e.ə. 42-20-ci illər hesab edirlər. Lakin, Sperlonqda sənətkarlarının atalarının adlarının da qeyd edilməsi, ən azından Lindosda adı qeyd edilən Aqesandrın fərqli adam olduğunu deməyə əsas verir.Rice, 235-236 Ola bilsin ki, nəsildən-nəsilə adlar təkrarlanmış və ya ustad adı olaraq ötürülmüşdür. Ümumilikdə heykəllər və postamentlər üzərində səkkiz “Athenodoros” imzası dövrümüzə çatmışdır ki, onlardan da beşi İtaliya ərazisindədir. Onlardan bəziləri, o cümlədən Sperlonq qrupu heykəlləri ata Aqesandra aid edilir.Rice, 239-242 Ümumilikdə mövzu akademik diskussiyaya açıq olaraq qalmaqdadır.
İntibah
Heykəl qrupu 1506-cı ilin fevralında Feliçe de Fredis üzümlüyündə aşkarlanmışdır; klassik incəsənətlə maraqlanan Roma Papası II Yuli heykəlin aşkarlanması haqqında məlumat aldıqdan sonraIn 2005 Lynn Catterson argued that the sculpture was a forgery created by Michelangelo, in Catterson, Lynn, "Michelangelo's 'Laocoön?'" Artibus et historiae. 52 2005: 29. Richard Brilliant, author of My Laocoön, described Catterson's claims as "noncredible on any count". See An Ancient Masterpiece Or a Master's Forgery?, New York Times, April 18, 2005 onun tədqiqinə dövrün ən məşhur sənətkarlarını cəlb edir. Heykəlin üzə çıxarılmasından dərhal sonra Mikelancelo qazıntı yerinə çağırılır. Onu Florensiya memarı Culyano da Sanqallo və on bir yaşlı oğlu Françesko da Sanqallo müşayiət edir.Barkan, 1-4, with English text; Chronology has the Italian, at 1567, the date of the letter. Kiçik Sanqallo təəssüratlarını sonradan belə təsvir edir:
Feliçe de Fredise yazar vəzifəsi və Roma qapılarından birinin gəlirini verən II Yuli 23 martda heykəli alır. Həmin ilin avqustunda əsər tamamilə yeni Belveder bağının divarındakı nişdə yerləşdirilir və ictimai nümayişə açılır. Belveder sarayı sonradan Vatikan muzeylərinin tərkibinə çevrilir, heykəlin alınma tarixi isə Vatikan muzeylərinin əsasının qoyulduğu tarix kimi qəbul olunur. Müxtəlif təsvir və qravürlərdən bəlli olur ki, aşkarlandığı zaman böyük oğul heykəli ümumi qrupdan tamamilə ayrılmışdı.Chronology, 1504-1510
1798-ci ildə İtaliyanın işğalından sonra heykəl Fransaya aparılsa da, ayrı-ayrı hissələri Romada qalmışdır. 1800-cü ildə heykəlin Luvrda nümayişinə başlanılması ilə sonradan Napoleon muzeyi kimi tanınan Mərkəzi İncəsənət Muzeyi açılmışdır. Heykəli tamamlayacaq yeni detalların işlənməsi üçün müsabiqə elan olunur. Qırıq hissələr olmadığından Fransua Jirardonun 150 yaşlı üzlük hissələrinin istifadəsinə qərar verilmişdir. 1815-ci ildə Napoleonun Vaterlo döyüşündə məğlub olmasından sonra əksər incəsənət əsərləri oğurlandıqları yelərə qaytarılmış, 1816-cı ilin yanvarında isə Laokoon Romaya çatdırılmışdır.Chronology, 1798-1816 Tapıldığı ərazi 250px|thumb|left|Heykəlin tapıldığı ərazini xəritədə Serv divarı və Yeddi zal sisternası yaxınlığında R ilə işarələnmişdir.