Azərbaycan Ordusu (qəzet) — Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb.

İlk hərbi qəzet getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən hadisələri işıqlandırmağa və düşmənə qarşı döyüş ruhunu yüksəltməyə yardımçı olmağa çalışırdı.

Qəzetin mövcud olduğu illərdə ordunun həyatında baş vermiş əksər hadisələr, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etdirilməsi, müasir silah və texnika ilə təmin edilərək döyüş qabiliyyətinin yüksəldilməsi və şəxsi heyətin bilik və bacarıqlarının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanlarının göstərdiyi diqqət və qayğı, eyni zamanda A. R. Müdafiə Nazirliyinin rəhbərliyinin fəaliyyəti qəzetin səhifələrində öz əksini tapmışdır.

Həmçinin bax Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi Hərbi Bilik (jurnal) Milli təhlükəsizlik və hərbi elmlər (jurnal)

Xarici keçidlər "Azərbaycan Ordusu" qəzeti "Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam oldu

Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Müdafiə Nazirliyi