Breyn rinq ( — "beyin rinqi") — İlk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyun. 7 aprel 2013-cü ildən 24 iyun 2018-ci ilədək lisenziya əsasında Azərbaycan Televiziyasında yayımlandı. 16 sentyabr 2018-ci ildən etibarən lisenziya əsasında İctimai Televiziyada yayımlanır.
Tarixi Hələ 1980-ci ildə Vladimir Voroşilov "Breyn Rinq" in televiziya formatında həyata keçirtməyi reallaşdırmaq istəsə də, yalnız 10 il sonra buna nail ola bilmişdir. Versiyaların birinə görə, 1987-ci ildə Dnepropetrovskdə Nə? Harada? Nə Zaman? üzrə birinci beynəlxalq turnirdən sonra Boris Borodin, Oksana Bolozanova, Marina Beloçerkovskaya və Aleksandr Rubin oyunun adının müəllifləri hesab olunur. Onlar 1988-ci ildə oyunun ilk qaydalarının əsasını qoymuşdur. 1990-cı ildə SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyasında efirə çıxan ilk verilişin aparıcısı Vladimir Voroşilov olmuşdur. Sonrakı dövrlərdə isə bu vəzifəni Andrey Kozlov tutmuşdur.
Qaydaları Oyunun hər buraxılışı bir neçə döyüşdən ibarətdir. Döyüş — iki komandadan biri müəyyən edilmiş xalı yığana kimi qarşılaşmanın davam etməsidir. Hər döyüşdə 2 komanda və hər komandada 6 oyunçu yer alır: Bir komanda qırmızı, digəri isə yaşıl masada əyləşir. Sıra nömrəsinə görə beşinci və altıncı yerlər arasında cavab vermək üçün xüsusi düymə yerləşir.
Hər döyüşün ilk sualı bir xaldır. Aparıcı sual verdikdən sonra siqnal səsi eşidilir və komandanın müzakirə etməsi üçün vaxt gedir. Düyməyə birinci basmış komandanın cavab vermək hüququna malikdir. Lakin, komanda siqnal səsindən əvvəl düyməyə basarsa, həmin komanda növbəti suala kimi cavab vermək hüququnu itirir və rəqib komandaya 20 saniyə vaxt verilir. Əgər ikinci komanda da suala səhv cavab verərsə, aparıcı ya cavabı səsləndirir ya da növbəti döyüşə saxlayır və digər sualın dəyəri bir xal daha artır. İki suala ardıcıl düzgün cavab verilməzsə, artıq 3 xal dəyərində sual səsləndirilir. Üçüncü sual da cavabsız qalarsa, komandalar oyun meydanın tərk etmək məcburiyyətində qalır. Komandalardan birinin sualı tapdığı təqdirsə isə müvafiq olaraq 3 xal onların hesabına yazılır. Bundan sonra səslənəcək sualın dəyəri bir xal olur. Döyüşü qalib başa vurmaq üçün 5 xal yığmaq tələb olunur. Final qarşılaşması iki döyüşdən ibarət olduğu üçün hər bir döyüşdə 5 xal yığmaq tələb olunur. Əgər hesab bərabər olarsa (1:1) bir həlledici sual səslənir və cavab verən komanda oyunun qalibi olur.
Azərbaycanda Azərbaycanda Breyn-rinqin televiziya versiyası 2013-cü ilin 7 aprelindən 2018-ci ilin 24 iyununadək AzTV-nin sifarişi ilə GameTV.az prodüser mərkəzinin tərəfindən çəkildi. Bugünədək televiziyada 18 mövsüm yayımlanmışdır. Birinci mövsümün qalibi "İçərişəhər", ikinci mövsümün qalibi "Norm Sement", üçüncü mövsümün qalibi isə "Kapital Bank" komandası olmuşdur. Dördüncü mövsümdə ilk dəfə yeniyetmələrin yarışı keçirildi və "Dəyanət liseyi" komandası qalib gəldi.
Bundan əlavə, 2014-cü ilin 25–30 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda turnir təşkil edilmişdir. Turnirdə Azərbaycan, Ukrayna, Belarus, Almaniya, Gürcüstan, İsrail, Qazaxıstan, Latviya, Rusiya, ABŞ, Özbəkistanın yığma komandaları və 2013-cü il breyn rinq üzrə Azərbaycan çempionu "İçərişəhər" klubu iştirak etmişdir.http://azertag.az/node/1206742
2018-ci il 16 sentyabrdan etibarən İTV-də ikinci dəfə yayımlanır.
MövsümVeriliş sayıEfir tarixiPleylistBirinci147 aprel — 7 iyul 2013I mövsümİkinci161 sentyabr — 15 dekabr 2013II mövsümÜçüncü156 aprel — 13 iyul 2014III mövsümDördüncü167 sentyabr — 14 dekabr 2014IV mövsümBeşinci175 aprel — 2 avqust 2015V mövsümAltıncı156 sentyabr — 13 dekabr 2015VI mövsümYeddinci1510 aprel — 17 iyul 2016VII mövsümSəkkizinci1511 sentyabr — 18 dekabr 2016VIII mövsümDoqquzuncu1616 aprel — 13 avqust 2017IX mövsümOnuncu1610 sentyabr — 24 dekabr 2017X mövsümOn birinci1611 mart — 24 iyun 2018XI mövsümOn ikinci1616 sentyabr — 30 dekabr 2018XII mövsümOn üçüncü1610 mart — 30 iyun 2019XIII mövsümOn dördüncü1622 sentyabr 2019 — 5 yanvar 2020XIV mövsümOn beşinci1623 fevral — 7 iyun 2020XV mövsümOn altıncı1625 sentyabr 2020 — 12 fevral 2021XVI mövsümOn yeddinci1519 fevral — 18 iyun 2021XVII mövsümOn səkkizinci161 oktyabr 2021 — 21 yanvar 2022XVIII mövsümOn doqquzuncu1618 mart 2022 — 8 iyul 2022XIX mövsüm İyirminci mövsüm 179 oktyabr 2022 — 19 mart 2023XX mövsüm İyirmi birinci mövsüm 1626 mart 2023 — 23 iyul 2023XXI mövsüm İyirmi ikinci mövsüm 168 oktyabr 2023 — 28 yanvar 2024XXII mövsüm
ÇempionatıVeriliş sayıEfir tarixiPleylistMəktəblilər arasında BirinciMəktəblilər arasında İkinciMəktəblilər arasında ÜçüncüMəktəblilər arasında Dördüncü415 noyabr — 18 noyabr 2017Məktəblilər — 2017Məktəblilər arasında Beşinci416 noyabr — 20 noyabr 2018Məktəblilər — 2018Məktəblilər arasında Altıncı420 sentyabr — 11 oktyabr 2019Məktəblilər — 2019Azərbaycan Prezidentinin Kuboku Birinci625 mart — 30 mart 2014Azərbaycan Prezidentinin Kuboku İkinci624 mart — 29 mart 2015Azərbaycan Prezidentinin Kuboku Üçüncü619 dekabr — 25 dekabr 2016Azərbaycan Prezidentinin Kuboku Dördüncü524 dekabr — 28 dekabr 2018ЧМ — 2018Azərbaycan Prezidentinin Kuboku Beşinci512 yanvar — 16 fevral 2020ЧМ — 2020
İstinadlar
Xarici keçidlər rəsmi facebook səhifəsi
Kateqoriya:Azərbaycan televiziya verilişləri Kateqoriya:İntellektual oyunlar Kateqoriya:Zehni oyunlar