Azərbaycan Premyer Liqası 2014/2015 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 23-cü Azərbaycan çempionatıdır. Çempionatda 10 komanda iştirak edir. Araz-Naxçıvan çempionatı ilk turlardan tərk etmişdir.

Qaydalar Çempionat 10 komandadan və 4 dövrədən ibarətdir.. Bu sistemə əsasən klubların hər biri 36 oyun oynayacaq. Mövsümün sonunda ilk 3 yeri tutan klublar Azərbaycanı "Avrokubok"larda təmsil edəcək. Çempionatda 10-cu yeri tutan komanda Topaz Premyer Liqasını tərk edir və I divizion-a yuvarlanır.

Vərəqələr Hər 4 sarı vərəqədən sonra futbolçu növbəti bir oyunu buraxmalı olur. Oyun zamanı 2 sarı vərəqədən qırmızı vərəqə alan futbolçu növbəti bir oyunu buraxmalı olur. Oyun zamanı birbaşa qırmızı vərəqə alan futbolçu növbəti 2 oyunu buraxmalı olur və klubu cərimə ilə cəzalandırılır.

Limit Çempionatın legioner limiti 6+3+2 şəklindədir. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda maksimum 6 əcnəbi, 2-si 21 yaşadək olmaqla minimum 5 yerli futbolçu olmalıdır.

Komandalar

KomandaƏraziStadionStadion tutumuAZALBakıAZAL Arena5,000İnter BakıBakıİnter Arena8,000BakıBakıBakı FK-nın təlim-məşq bazasının stadionu2,000NeftçiBakıBakcell Arena15,000QarabağAğdamTofiq Bəhramov adına Respublika Stadionu31,200QəbələQəbələQəbələ şəhər stadionu8,000SimurqZaqatalaZaqatala şəhər stadionu3,500SumqayıtSumqayıtMehdi Hüseynzadə stadionu15,000Xəzər-LənkəranLənkəranLənkəran şəhər stadionu15,000Araz NaxçıvanNaxçıvanNaxçıvan şəhər stadionu11,800

Turnir cədvəli

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası mövsümləri Kateqoriya:2014/2015 mövsümündə Azərbaycanda futbol