Pirsaat su anbarı — Azərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu.SOS! Pirsaat su anbarı quruyub . lent.az 13.09.2014.

Tarixi Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur.

Həcmi Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir.

Qidalanması Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur.

Faydası Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.

İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır.

2016 və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.

Su anbarı mütəmadi olaraq quruyub, dolur.

İstinadlar

Xarici keçidlər

Pirsaat su anbarı quruyub, 5 kəndin əhalisi susuz qalıb Pirsaat Su Anbarı ehtiyacı ödəyə bilər Pirsaat su anbarının lildən təmizlənməsi təklif edilib

Kateqoriya:1964-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:Hacıqabul rayonu Kateqoriya:Xəzər dənizi hövzəsi