"Farengeytlə 451 dərəcə" — yazıçı Rey Bredberi tərəfindən psixoloji janrda yazılmış bədii roman. Roman əsasında Universal kinostudiyası tərəfindən film də çəkilib.
Tez-tez onun ən yaxşı əsərlərindən biri hesab edilən, "Farengeytlə 451 dərəcə", kitabların qadağan edildiyi və "yanğınsöndürənlərin" tapılan hər şeyi yandırdığı Amerika cəmiyyətini təsvir edir. Roman ədəbiyyata senzura tətbiq etmək və biliyi məhv etmək rolundan məyus olan, sonra isə işini tərk edərək özünü ədəbi və mədəni yazıların qorunub saxlanmasına həsr edən yanğınsöndürən Qay Monteqdən bəhs edir.
Ad Kitab adını fizikadakı temperatur vahidindən alıb. Belə ki, adi kağızın alışması üçün 451 °F (233 °C) kifayət edir.
Məzmun Qay Monteq yanğınsöndürəndir və kitablara nifrət edir. O, həyatının son 10 ilini kitabları oğurlayıb yandırmaqla keçirib. Bu müddətdə Monteq on minlərlə kitab yandırır. O, sadəcə yandırır, lakin özünü mühakimə etmir. Amma bir gün Monteq işdən evə qayıdan da 17 yaşlı Klarissa adlı qızla rastlaşır. Onunla söhbətdən sonra Monteqin həyatı dəyişilir. O, boşluğa düşdüyünü hiss edir. Oğurladığı kitabları oxumağa başlayır. O, bu boşluqdan qurtulmaq üçün mübarizəyə start verir.
Kateqoriya:1953-cü ilin romanları
Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış romanlar Kateqoriya:Fəlsəfi romanlar Kateqoriya:Ballantine Books kitabları Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş elmi-fantastika romanları Kateqoriya:Teleseriala uyğunlaşdırılmış ABŞ romanları