Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR — ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim
Həyatı Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdirƏli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.165–167.. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.
1945–1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.
1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
1967-ci ildən Azərbaycan Dövlət Universitetinin ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrasının müdiri olmuşdur.
150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü idi.
Həbibə Qasımova 18 noyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Mükafatları Əməkdar elm xadimi — 1980. Qafqazın müdafiə medalı — ?. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — ?. Əmək veteranı — ?.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Biologiya elmləri doktorları Kateqoriya:2014-cü ildə vəfat edənlər Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:Azərbaycanlı bioloqlar