400px|thumbnail|right|Ksavye Frans Vinterhalter — Dekameron, 1837, Şəxsi kolleksiya. Aşağıdakı siyahıda Covanni Bokkaççonun "Dekameron" əsərinə daxil olan novellalalar günlər üzrə müvafiq sıra ilə göstərilmiş, həmçinin novellaların mənbəsi və sonrakı istifadə tarixi haqqında məlumat verilmişdir. Müəllif əsəri yazarkən hər novellanın əvvəlində qısa məzmun qeyd etmişdir. Aşağıdakı siyahıda da novellaların məzmunu göstərilərkən məhz həmin qısa məzmunlardan (Beydulla Musayevin tərcüməsində) istifadə edilib.

Novellaların siyahısı Birinci gün I gün, çərşənbə Koroleva — Pampineya Mövzu — azad

+Rəvayətçi№ Məzmun Mənbə və sonrakı istifadə——Giriş: Florensiyada vəbanın yayılmasının təsviri, rəvayətçi gənclər görüşürlər və şəhərdən bir qədər aralı bir məkana çəkilirlər.PamfiloI, 1Ser Çappalletto yalan etirafı ilə mömin monaxı aldadıb ölür. Sağlığında alçaq olan bu adam öləndən sonra müqəddəs hesab edilir və San Ciapepelletto adını alır.Olimpia Fulvia Morata tərəfindən latın, Volter tərəfindən isə fransız dilinə tərcümə olunub.Pazolini tərəfindən ekranlaşdırılıb.NeifilaI, 2Yəhudi Avraam, Ciannotto di Çivinyinin nəsihətindən sonra Roma sarayına gedir, orada kilsə xadimlərinin əxlaqsızlığını görüb, Parisə qayıdır, xristian olur.Busone da Qubbio haqqında hekayənin məəlum olan ən ilkin versiyasıdır, "Avventuroso Ciciliano" (1311). Martin Lüter tərəfindən Table-talk № 1899 Roma-Katolik kilsəsinin tənqidi üçün yenidən işlənmişdir.FilomenaI, 3. Yəhudi Məlhisedek üç üzük haqqında söylədiyi hekayə ilə Səlahəddin tərəfindən hazırlanmış böyük bir təhlükədən qurtarır. Ehtimal edilən mənbə — Burbonlu Stefan, "Müqəddəs ruhun yeddi vergisi", fransız poeması "Li dis dou vrai aniel" (1270–1294). Novellanın ilkin variantının XII əsrə aid itirilmiş bir ərəb mənbəsində olduğu güman edilir. Bu variant italyan dilli "Novellino" (Cento Novelle Antiche, XIIIəsrin sonu —XIV əsrin əvvəlləri), toplusundakı hekayənin formalaşmasına səbəb olub və bu variantda qəhrəmanların adı qeyd edilməyib. Hekayənin başqa bir variantı da məlumdur, bu variantda dinlərin bərabərliyi yox, xristian dininin üstünlüyü göstərilir. Qothold Efraim Lessinq tərəfindən "Müdrik Natan" (1779) pyesində, Conatan Svift tərəfindən isə "Küpə nağılı" (1704) əsərində istifadə edilib.

|Dioneo |I, 4 |Bir monax ağır cəzaya layiq olan günah iş tutur, öz abbatını məharətlə belə bir günaha salaraq, cəzadan canını qurtarır. |Ehtimal edilən mənbə — "Cento Novelle Antiche", LIV (XIII əsr) hekayələr toplusu və fransızdilli "L’Evêque qui bénit sa maîtresse" toplusu.

|Fyametta |I, 5 |Monferrat markizası toyuqdan hazırlanmış naharla və bir neçə nəzakətli sözlə fransız kralının ona qarşı dəlicəsinə ehtirasını yatırır. |Hekayə mənşəcə Min bir gecə və ya "Yeddi müdrikin hekayələri"nə məxsusdur.

|Emiliya |I, 6 |Birisi tutarlı sözlə monaxların riyakarlığını ifşa edir. |Ehtimal edilir ki, söhbət, 1345-ci ildə Florensiya inkvizitoru olmuş Pyetro della Akvila və ya 1332–1334-cü illərdə inkvizitor olmuş Mino da San Kvirikodan gedir. Filmin bəzi səhnələri "Braynın həyatı" filmində istifadə olunmuşdur.FilostratoI, 7Primat və abbat Klünyi haqqında Berhaminonun söylədiyi sözlər Kane della Skalanın çox xəsis olduğunu ifşa edir. Əsərin qəhrəmanının şair Orleanlı Primas olduğu güman edilir.LaurettaI, 8Gvilyemo Borsyere messer Ermino de Qrimaldini xəsisliyi üstündə çox incə ifadələrlə məzəmmət edir.Hekayənin mənbəsi naməlumdur. Gvilyemo Borsyere Dantenin "İlahi Komediya" əsərində xatırlanır.ElizaI, 9Bir qaskonlu xanım Kiprin qorxaq kralını elə utandırır ki, o, casrətli olur.Hekayənin mənbəsi — "Cento Novelle Antiche", LI XIII əsr.PampineyaI, 10Bir qadın boloniyalı maestro Albertonu ona olan sevgisi üstündə utandırmaq istəyir, lkain, Alberto çox nəzakətlə qadının özünü utandırır. +

İkinci gün II gün, cümə axşamı Koroleva — Filomena Mövzu — Tale və onun cilvələri: "uzun mübarizə və əziyyətlərdən sonra öz məqsədinə nail olanlar haqqında"

+Rəvayətçi№ Məzmun Mənbə və sonrakı istifadəNeifilaII, 1Martellino özünü yalandan çolaqlığa qoyur, sonra da özünü elə göstərir ki, guya müqəddəs Arriqonun meyitinə toxunmaqla qıçı yaxşı olur. Yalanın stü açılanda onu döyürlər, asmaq istəyirlər, axırda xilas olur.Hekayənin mənbəsi naməlumdur.FilostratoII, 2Rinaldo d’Asti var-yoxu qarət edildikdən sonra Kastel Gvilyelmoya gəlir, orada bir dul qadının yanında sığınacaq tapır, çəkdiyi ziyanın əvəzini alaraq, sağ-salamat evinə qayıdır. Hekayənin, qədim hind hekaylər toplusu olan "Kəlilə və Dimnə"dən (2–3 əsrlər.) götürülməsi güman edilir, həmçinin Kəşmir şairi Somadevanın "Katasaritsaqara" əsəri ilə paralellər var (11 əsr).PampineyaII, 3Üç cavan oğlan ağılsızca israfçılıq edərək, ksaıblığa düşür, onların bacısı oğlu məyus halda evə qayıdarkən yolda bir abbatla tanış olur. Sonra məlum olur ki, bu ingilis kralının qızıdır. Qız ona ərə gedir, o da dayılarının çəkdiyi ziyanı ödəyərək, onları əvvəlki vəziyyətinə qaytarır. Hekayənin mənbəsi naməlumdur. Sehrli nağıllar üçün xarakterik olan adi süjet xəttinə malikdir. Florensiyalı Covanninin "Pekorone", III,1 əsərində istifadə olunub.LaurettaII, 4Landolfo Ruffolo yoxsulluğa düşərək dəniz qulduru olur; genuyalıların əlinə keçir, dənizdə fəlakətə uğrayır, ağır qiymətli qaş-daşla dolu bir qutu üstündə xilas olur; Korfuda, bir qadının evində sığınacaq tapır, zəngin adam olub evinə qayıdır. FyamettaII, 5Andreuççio at almaq üçün Peruciyadan Neapola gələrək bir gecədə üç dəfə təhlükəyə düşür, bunların hamısından canını qurtarır, yaqut üzüklə evinə qayıdır.İki erkən mənbənin kombinasiyası nəticəsində yaradılıb: başlanğıcı Arrasslı Kurtuazanın "Boivin de Provins"(1228), arxiyepiskopun məzarı ilə bağlı səhnə qədim yunan romanı olan Efesli Ksenofontun (e.ə. II əsrin ortaları) "Efes nağılı" əsərindən götürülüb. Pyetro Aretino tərəfindən "Filosof" adlı pyesə çevirilmiş, lakin baş qəhrəmanın adı Bokkaçço olaraq dəyişdirilmişdir.Fazolini tərəfindən ekranlaşdırılmışdır.EmiliyaII, 6Madonna Beritolanı, iki oğlunu itirəndən sonra, bir adada iki maralla tapırlar. O, Luniçyanaya gedir, orada oğlanlarından biri hökmdarın yanında qulluğa girir, hökmdarın qızı ilə sevişir və tutulub həbsxanaya salınır. Siciliya kralı Karlın əleyhinə üsyan edir. Ana oğlunu tanıyır, oğul öz hökmdarının qızı ilə evlənir. Qardaşı da tapılır, hər ikisi əvvəlki yüksək mövqeyini tutur. İngilis romanı "Sir Isumbras" (1320) əsasında yazılmışdır.PamfiloII, 7Babilistan sultanı öz qızını kral del Qarboya ərə vermək üçün yola salır, o, müxtəlif təsadüflər nəticəsində, müxtəlif yerlərdə doqquz kişinin əlinə düşür, axırda bakirə qız kimi atasının yanına qayıdır, oradan da əvvəlki niyyəti ilə kral del Qarbonun yanına, ona arvad olmağa gedir. Qarışıq mənbəyə malik olduğu dəqiqdir. Novellanın ehtimal edilən mənbələri arasında "1001 gecə", Efesli Ksenofontun əsəri və bir neçə başqa əsərin adı çəkilir. Xüsusilə baş qəhrəmanın müdrikliyini saxlaması ilə, qədim yunan romanlarının açar xüsusiyyətlərini daşıyır. Süjet fransız təmsilçisi Jan de Lafonten tərəfindən istifadə olunub.ElizaII, 8Anvera qrafı yalandan müqəssir edildiyindən, iki oğlunu İngiltərənin başqa-başqa yerlərində qoyub, sürgünə gedir; qayıdandan sonra onu tanımırlar; o, uşaqlarını yaxşı vəziyyətdə görür, fransız kralı qoşununda mehtər olur, müqəssir olmadığı üçün əvvəlki mövqeyinə qayıdır. Ehtimal ki, mənbə — Pyer della Brossa (Dantenin "Əraf"ında xatırlanır) və ledi Brabanta haqqında real hadisədir; ədəbi mənbənin isə trubadur Arnaut Vidal de Castelnou d’Arinin "Guillaume de la Barre" (1318) əsəri olması güman edilir. İstənilən halda, süjet o qədər qarışıqdır ki, onun kökünü tapmaq mümkün olmayıb.FilomenaII, 9Ambroçiolo genuyalı Bernabonu aldadır. Bernabonun var-yoxu lindən çıxır, o, öz günahsız arvadını öldürmək istəyir. Qadın kişi paltarı geyib, sultanın yanında qulluğa girir, yalançını ifşa edir. Bernabonu İskəndəriyyəyə gətirdir; orada yalançı cəzalandırılır. Qadın yenə arvad paltarı geyinir, varlanaraq əri ilə Genuyaya qayıdır.Şekspir "Simbelin" pyesində novellanın arvadın günahsızlığı və ərin xəyanətkarlığı motivindən istifadə edərək, onu XV əsrə aid olan və "Dekameron" əsasında yazılmış "Frederyke von Jennen" adlı alman hekayəsi ilə qarışdırmışdır. Həmçinin Gilbert de Montreuil tərəfindən yazılmış "Roman de la Violette ou de Gerard de Nevers" adlı romans da vardır."Dekameron gecələri"ndə ekranlaşdırılmışdır.DioneoII, 10Monakolu Paqanino messer Riççyardo da Kinzikanın arvadını götürüb qaçır. Messer Riççyardo onun yerini tapır, arvadının dalınca gedir, Paqanino ilə dostlaşaraq, xahiş edir ki, arvadını ona qaytarsın. Paqanino razılaşır, deyir ki, arvad getmək istəyirsə getsin. Amma arvad getmək istəmir, messer Riççyardo öləndən sonra Paqaninonun arvadı olur. Süjet Lafonten tərəfindən istifadə olunmuşdur."Dekameron gecələri"ndə ekranlaşdırılmışdır.+

Üçüncü gün III gün, bazar günü Kraliça — Neifila Mövzu — Bacarıq və çeviklik:"öz bacarığı və çevikliyi sayəsində çox istədiyi şeyə nail olan kəslər haqqında"