Kakadu Milli Parkı () — Avstraliyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
Haqqında Kakadu Milli Parkı dörd ədəd çay sistemi və çox müxtəlif coğrafi şəkilləri ilə dünyanın ən böyük milli parklarından biridir. Tükənmə təhlükəsi altında olan duzlu su timsahı və donuz burunlu quru tısbağasının balalama bölgəsi bu milli parkdır. Bitki örtüsü çox müxtəlifdir və 46 nadir bitki növünü saxlamaqdadır.
Park eyni zamanda bir çox Aborigen mədəniyyətinə ev sahibliyi edir. Milli parkda minlərlə illik aborigen mədəniyyətini əks etdirən 5000-dən çox sənət əsəri var. Arxeoloji sahələrdəki qalıqlar buradakı Aborigen həyatının ən az 20000 illik və böyük ehtimalla 50000 ilə qədər uzandığını göstərməkdədir. Kakadu dünyada sayı çox az olan qarışıq dünya mirası sahələrindən biridir.
Kakadu Milli Parkının bir hissəsi 1981-ci ildə, bir hissəsi 1987-ci ildə, bütün park isə 1992-ci ildə Ümumdünya İrsi siyahısına daxil edilmişdir.http://www.dunyamirasigezginleri.com/yeni/miraslar/Avusturalya/kakudu.html
İstinadlar
Kateqoriya:Avstraliya milli parkları Kateqoriya:1981-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:1979-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Avstraliyadakı ümumdünya irsi