Şahbaz Xuduoğlu () — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi;ELMAR HÜSEYNOV MÖVZUSU QAPANDI? musavat.com, 12.07.2011. "Qanun" jurnalının baş redaktoru.
Həyatı və fəaliyyəti 24 iyun 1968-ci ildə anadan olmuşdur.
Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır.Şahbaz Xuduoğlu: "Qardaşımın məsuliyyətini bölüşmək istəmirəm" axar.az, 12.01.2014. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir.
Hər iki təşkilatın təsisçisidir.
"Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir.
"Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir.
Ailəsi Sabir Rüstəmxanlının qardaşıdır. Şahbaz Xuduoğlu Qanun Nəşrlər Evinin sahibidir. O, Tənzilə Rüstəmxanlının bacısı Könül Rüstəmxanlı ilə evlənmişdir. Könül Rüstəmxanlı 2015-ci ildə yol qəzasında vəfat etmişdir. Xuduoğlu ikinci dəfə Ali və Nino kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə evlənmişdir.
Təltifləri 23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.
2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilmişdir.
Tərcümələri Sergey Dovlatovun "Əcnəbi qadın" romanıŞahbaz Xuduoğlunun tərcüməsində "Əcnəbi qadın" baymedia.az John Boyne'un "Zolaqlı Pijamalı Oğlan" romanı
İstinadlar
Xarici keçidlər Şahbaz Xuduoğlunun bloqu https://www.youtube.com/channel/UCSwGr-F_5c-8Iz8upF0L22w
Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan kitab naşirləri Kateqoriya:Qanun Nəşriyyatı