thumb|300 px|Viiki — Helsinkidə aşağı enerji sərfiyatına malik binalardan ibarət kvartal. Binaların fasadına günəş panelləri yerləşdirilmişdir. Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir.Yan Ji and Stellios Plainiotis (2006): Design for Sustainability. Beijing: China Architecture and Building Press. ISBN 7-112-08390-7

Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.U.S. Environmental Protection Agency. (October 28, 2009). Green Building Basic Information. İstifadə edilib: 10 dekabr 2009; Sayt: http://www.epa.gov/greenbuilding/pubs/about.htm

Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur:

enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq.

Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.

Həmçinin bax Təbii tikinti

İstinadlar

Xarici keçidlər Sustainable Architecture at the Open Directory Project LEED Green Building Certification Scheme profile on a database of Market Governance Mechanisms

Kateqoriya:Şəhərsalma Kateqoriya:Ekologiya Kateqoriya:Bina mühəndisliyi Kateqoriya:Davamlı memarlıq Kateqoriya:Bina