Sverre Fen () — Norveç memarı.
Həyatı Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir.
1952–1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi. Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır.
34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967–1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır. Memarın çox az layihəsi tətbiq edilmişdir.
Sverre Fen 1971–1991-ci illəri arasında Oslo Memarlıq Məktəbində və ABŞ-nin Miçiqan ştatının Blumfild Hills şəhərində yerləşən Kranbruk İncəsənət Akademiyasında dərs vermişdir.
1997-ci ildə Pritsker mükafatına layiq görülmüşdür. Həmçinin Henrik Tessenov Qızıl Medalı ilə mükafatlandırılmışdır.
Qalereya
İstinadlar
Kateqoriya:Norveç memarları Kateqoriya:Osloda vəfat edənlər