Qırmızıqaya (əvvəlki adı: Kəmərtük, Komraquç) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin keçmiş adı Kemraquç olmuşdur. Yaşayış məntəqəsi Ermənistanın Qafan rayonundan köçüb gəlmiş ailələrin Kemraquc adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, bir qədər təhrifə uğramış oykonim Azərbaycan dilindəki kəmrə (heyvan ağılı) və qoç (erkək qoyun) sözlərindən düzəlib, "qoç saxlanılan ağıl" mənasındadır.
Tarixi
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Komraquç kəndi Qırmızıqaya kəndi adlandırılmışdır. 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Qırmızıqaya kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tarixi abidələri Qırmızıqaya kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi4335MəbədXIX əsrQırmızıqaya kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Hadrut qəsəbə inzibati ərazi dairəsindəki yaşayış məntəqələri