Alarix () — Vestqot hökmdarı və sərkərdəsi.
Haqqında Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər. Alarix üç dəfə Romaya yaxınlaşıb onu mühasirəyə almışdır. 410-cu il 24 avqustda "əbədi şəhər" Alarixin başçılıq etdiyi vestqotlar tərəfindən tutuldu və üç gün talan edildi. Alarix Cənubi İtaliyada - Siciliya ya və Şimali Afrikaya yürüşə hazırlaşdığı zaman ölmüşdür.
Ədəbiyyat Məktəblinin tarix lüğəti. Bakı, 2011.
İstinadlar
Kateqoriya:Avropa tarixi Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri