() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii, iii). Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2–3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qeyri–bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü, oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl–ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dekorativ bitkidir. Lənkəran ovalığının meşə zolaqlarının qorunmasında və dağ yamaclarında meşələrin salınmasında istifadə oluna bilər.
Yayılması Kiçik Qafqazın mərkəzi və cənub rayonları (Şuşa, Füzuli), Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Masallı rayonu –İstisu sanatoriyası ətrafında olan eşələrdə və Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarının meşələrində).
Sayı və tendensiyası Populyasiyaları məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen təsir (ağacların qırılması).
Mühafizə tədbirləri Hirkan Milli Parkında mühafizə olunur. Təbii meşələrin kəsilməsi üzərində nəzarəti gücləndirmək tələb olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Həssas növlər Kateqoriya:Bitkilər