Alpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.
Haqqında İdman növünün adı Mahmud Qaşqarlı tərəfindən XI əsrdə yazılmış Divanü Lüğat-it-Türk kitabından götürülüb.Bu kitabda "alpaqut" sözü 3 dəfə çəkilib. Alpaqut cəsur döyüşçü, igid deməkdir. İdman növü Vasif Namazov tərəfindən yaradılıb. 2014-cü il fevralın 12-də Dünya Alpaqut Federasiyası fəaliyyətə başlayıb. 2022-ci il mayın 17-də Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul edib.
Döyüş növü qədim türklərin Təktanrçılıq fəlsəfəsini özündə əks etdirir. İdmançılar qədim türk döyüşçülərinin geyimi əsasında yaradılmış Çapan adlı geyimdə döyüşlərə çıxırlar.
Börü (3 x 3) və Berkut (6 x 6) tipli yarış meydanları var. Alpaqutun unikallığı Alpaqut Turan Döyüş sənəti aşağıdakı unikallıqları (fərqliliyi) ilə seçilir:
1. Qədim Türklərin Gök Tanrı adlanan Təktanrçılıq fəlsəfəsini özündə əks etdirdiyinə və yaşatdığına görə;
2. Ümümtürk milli dəyərlərini və törələrini öz təlim programında birləşdirdiyinə görə;
3. Xüsusi görünüşü ilə fərqlənən, qədim türk savaşçılarına məxsus Çapan adlı geyiminə görə;
4. Qədim Türkçədə formalaşan ortaq terminalogiyasına görə;
5. Börü (3 x 3) və Berkut (6 x 6) çevrəli yarış meydanına;
6. Qədim türk ordusuna məxsus olan ierarxik rütbələrinə görə;
7. "Ayça", "Batur", "Caymaz", "Qurşaq" adlanan yarış sistemlərinə və Kaçut adlanan özünümüdafiə sisteminə görə;
8. Dörd üstüngüdən (mərhələdən) ibarət imtahan qaydalarına görə;
9. Sargut, Acar, Utku, Qınaq adlanan 4 fərqli rəngdən kartlardan ibarət ball sisteminə görə;
10. Səkkiz baza yöndəmlə\rindən ibarət yöndəmlərinə görə:
· Yumruk yöndəmləri — (bütün əl zərbələri texnikaları) · Tepik yöndəmləri — (bütün ayaq zərbələri texnikaları) · Ayça yöndəmləri — (rəqibi öz gücü hesabına həbsə salan texnika öncəsi çıxış) · Atış yöndəmləri — (geyimli və yalın vəziyyətdə bütün atma texnikaları) · Badalaq yöndəmləri — (Ayaqla icra edilən bütün istiqamətdə çəlmə və süpürmə texnikaları) · Bağdamak yöndəmləri — (Əl, qol, ayaqda olan oynaqları kilit vəziyyətində sındırıcı texnikalar) · Boğuçan yöndəmləri — (Geyimli və yalın formada icra edilən bütün növ boğucu texnikaları) · Koruy yöndəmləri — (yarış zamanı və ya küçədə istifadə ediləcək müdafiə texnikaları).
Alpaqutun müəllifi Alpaqut döyüş sənəti, türk döyüş sənətləri üzrə araşdırmaçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən, Türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilərək qurulmuşdur. Bu idman növü Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası "Turan döyüş sənəti" (Turan: türksoylu xalqların yaşadığı, böyük çöl adlanan coğrafiya) adlanır.
Alpaqutun programı Alpaqut idman növünün tədris və təlim vəsaiti
Alpaqut Turan döyüş sənəti Alpaqut Turan döyüş sənətinn terminalogiyası Alpagut Turan döyüş sənətinin təsnifat normativləri Alpaqut Turan döyüş sənəti üzrə yarış programı
Alpaqutun rəsmiləşməsi və sənədləri Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da bütün hüquqi haqlarla Azərbaycana məxsusdur. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan xalqının tarixi və mədəni irsinə aid olan Alpaqut adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı sənədi əsasında bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmiş, eyni zamanda Azərbaycan Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-cü il tarixli iddia sənədinin 201400542 nömrəli Patent Şəhadətnaməsidə verilmişdir. Əlavə olaraq, Alpaqut idman növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları Azərbaycan Respublikası Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin 16.10.2015 tarixli 04/C-8157–15 saylı Şəhadətnaməsi ilə təsdiq olunmuşdur.
Alpaqut idman növünün beynəlxalq arenada inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında qurum 12 fevral 2014-cü il tarixində B14003831 saylı sənədinə əsasən beynəlxalq idman təşkilatı kimi qeydiyyata alınmışdır.
Beynəlxalq tanınma və üzvlüklər Alpaqut döyüş sənəti və Dünya Alpaqut Federasiyası (DAF) aşağıdakı beynəlxalq idman platformalarında rəsmən təmsil olunur və üzvlüklərə malikdir:
BEK (Beynəlxalq Etnospor Konfederasiyası): 7–8 oktyabr 2017-ci ildə İstanbulda Bilal Ərdoğanın rəhbərliyi ilə keçirilən təsis qurultayında Alpaqut döyüş sənəti Vasif Namazov tərəfindən rəsmən təqdim edilmişdir. ICSSPE (Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası): 24 may 2022-ci ildə Berlin şəhərində keçirilən iclasın qərarı ilə Dünya Alpaqut Federasiyası şuranın rəsmi üzvlüyünə qəbul edilmişdir. TAFISA (Beynəlxalq İdman Hamı üçün Assosiasiyası): 7 dekabr 2022-ci ildə Almaniyanın Düsöldörf şəhərində keçirilən Baş Assambleyada DAF bu mötəbər quruma daimi üzv seçilmişdir. Nomad Games (Beynəlxalq Etno Oyunlar Konfederasiyası): 1 may 2023-cü ildə Bişkek şəhərində imzalanan qərarla Alpaqut rəsmən konfederasiya tərəfindən qəbul edilmişdir. CIFP (Beynəlxalq Ədalətli Oyunlar Komitəsi - Fair Play): 10 may 2023-cü ildə Parisdə keçirilən toplantıda DAF bu qurumun üzvlüyünə qəbul edilmişdir. ISNO (Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı): 26 noyabr 2023-cü ildə İsveçrənin Bern şəhərində DAF-ın bu təşkilata üzvlüyü rəsmiləşmişdir. ISNI (Beynəlxalq Standart Ad Təyinatçısı): Alpaqut və onun metodologiyası beynəlxalq standartlara uyğun olaraq ISNI tərəfindən rəsmi identifikasiya nömrəsi ilə qeydiyyata alınmışdır. Beynəlxalq təşkilatı left|thumb|216x216px Alpaqut Döyüş sənətinin qurucusu Kutsan Vasif Namazovun təşəbbüsünə əsasən, bu idman növünün inkişafı məqsədilə 12 fevral 2014-cü ildə Dünya Alpaqut Federasiyası (DAF) adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Təsis qurultayında Federasiyanın ilk prezidenti Fərid Əlizadə seçildi və həmin tarixdən fəaliyyətə başladı.
Qurultaylar Birinci qurultay (18 mart 2015): Azərbaycanda Atatürk Mərkəzində keçirilən növbədənkənar qurultayda millət vəkili Nizami Cəfərov DAF-ın yeni prezidenti, Fərid Əlizadə isə fəxri prezidenti seçilmişdir. İdarə heyətinə Araz Abdullayev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Əkbər Qoşalı və Vasif Namazov daxil olmaqla 9 nəfər üzv təyin edilmişdir. İkinci qurultay (9 yanvar 2017): Növbədənkənar toplantıda millət vəkili Qənirə Paşayeva federasiyanın 1-ci vitse-prezidenti, Araz Abdullasoy isə hüquq məsələləri üzrə vitse-prezident vəzifəsinə seçilmişlər. Üçüncü qurultay (30 avqust 2022): AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən qurultayda millət vəkili Jalə Əhmədova DAF-ın prezidenti, Könül Nurullayeva isə birinci vitse-prezident seçilmişdir. Vasif Namazov İdarə Heyətinin sədri, Emil Rəhimov və Fərhad Əliyev isə vitse-prezident təyin olunmuşlar. Nizami Cəfərov və Qənirə Paşayeva federasiyanın fəxri üzvü seçilmişlər. Seminar və yarışları
Ölkədaxili Yarışları Azərbaycanda 14 mart 2014-cü il tarixdən etibarən fəaliyyətə başlayan Alpaqut Federasiyasının həyata keçirdiyi yarışlar: +TarixYarışın adıKeçirilmə yeriİl2015ı — Azərbaycan birinciliyi və çempionatıSumqayıt20152016II — Azərbaycan birinciliyi və çempionatıSumqayıt20162017III — Azərbaycan birinciliyi və çempionatıBakı20172018IV — Azərbaycan birinciliyi və çempionatıBakı20182019V — Azərbaycan birinciliyi və çempionatıBakı20192021VI — Azərbaycan birinciliyi və çempionatıAğdam20212022VII — Azərbaycan birinciliyi və çempionatıAbşeron20222023VIII — Azərbaycan birinciliyi və çempionatıAbşeron2023
Beynəlxalq yarışları Dünya Alpaqut Federasiyası fəaliyyətə başladığı gündən etibərən müxtəlif ölkələrdə təqdimatlar, seminarlar, beynəlxalq turnirlər keçirdi. 2016-cı ildən etibarən daha böyük həcmdə Dünya kuboku və Dünya çempionatlarının keçirilməsinə start verdi. 2018 və 2019-cu illərdə Bakıda təşkil edilən Dünya çempionatlarını Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirmişdir. +S/SYarışın adıKeçirilmə yeriTarixi1"Qara Dəniz Kuboku"Gürcüstan / Ozurgeti20–24.07.20142"Qara Dəniz Kuboku"Gürcüstan / Ozurgeti24–28.07.20153"Xəzər Kuboku"Azərbaycan / Qusar6–9.09.20154Avroasiya KubokuGürcüstan / Batumi14–18.04.20165Dünya kubokuGürcüstan / Ozurgeti24–28.09.20166Dünya kubokuAzərbaycan/ Bakl24–25.10.201771-ci Dünya çempionatıAzərbaycan/ Bakl24–25.11.201882-ci Dünya çempionatıAzərbaycan/ Bakl22–24.11.20199Avroasiya çempionatıTürkiye / Bursa20.21.11.202110Dünya kubokuTürkiye / Bursa10–12.05.2022113-cü Dünya çempionatıTürkiye / Bursa1–4.12.202212Beynəlxalq turnirMumbay / Hindistan17–18.12.2022134-cü Dünya çemipnatıTürkiye / Bursa1–4.12.2023
Beynəlxalq seminarları +S/SSeminarın adıKeçirilmə yeriTarixi1Gürcüstan seminarı Gürcüstan/ Ozurgeti22.07.20142Türkiyə seminarı Türkiye / Bursa26.05.20163Hindistan seminarı Hindistan / Mumbay05.05.20174Türkiyə seminarı Türkiye / Bursa11.05.20195Azərbaycan seminarı Azərbaycan/ Bakl20.05.20206Azərbaycan seminarı Azərbaycan/ Bakl30.05.20227Hindistan seminarı Mumbay / Hindistan17.12.20228Qazaxstan seminarıQazaxstan / Almaata02.10.20239 İraq seminarı İrak / Bağdad9-13.03.2024
Xarici keçidlər ISNI: 0000 0005 1163 4831 ORCID: 0009-0001-4278-1250 Google Scholar: Vasif Namazov Wikidata: Q25546332 Zenodo (DOI): 10.5281/zenodo.19039783
Dünya Alpaqut Federasiyasının rəsmi saytı Rəsmi facebook səhifəsi Rəsmi instagram səhifəsi Rəsmi twitter səhifəsi
Azərbaycan Alpaqut Federasiyasının rəsmi saytı Rəsmi Facebook səhifəsi Rəsmi İnstagram səhifəsi Rəsmi Twitter səhifəsi Rəsmi Tik-Tok səhifəsi Rəsmi Youtube səhifəsi
İstinadlar
Kateqoriya:Türkiyədə döyüş sənəti Kateqoriya:Türk döyüş növləri