Eusébios Sofrónius İyerónim (; ; ) — latın atalarından ən tanınmış kilsə atalarından biri, kilsə yazarı, Müqəddəs kitabın latın dilinə çevirəni, rahibi. Həm Katolik, həm də Ortodoks kilsəsinin müqəddəsidir.

Stridon şəhərində anadan olmuşdur. Öz təhsilini Romada almışdır və orada da 366-cı ildə Xristianlığı qəbul etmişdir. 382–385-ci illərdə İyeronim papa Damasusun katibi olmuşdur.

Yeronim öz dövrünün ən savadlı adamlarından biri idi. O, 180-dən çox əsərin yazarı olmuşdur. Bir çox Biblinın kitablarına şərhlər yazmışdır. Əksər hallarda o, təvilləri, alleqoriyaları rədd edərək Müqəddəs Kitabı hərfi mənada izah edirdi.

İyeronim ən böyük işi onun tərəfindən Əhdi-Ətiqin qədim yəhudi dilindən latın dilinə tərcüməsi və onun redaktə edilməsi olmuşdur. Tərcümə zamanı o Əhdi-Ətiqin "Septuaginta" adlanan yunan dilinə tərcüməsindən də istifadə etmişdir. Eyni zamanda o Əhdi-Cədidi də yunancadan latıncaya çevirmişdir. Bu tərcümlər bir yerə yığılıb "Vulqata" adlandırılmış və Trident kilsə məclisi tərəfindən (1545 ildə) Müqəddəs kitab kimi qəbul edilmişdir. Bundan sonra Roma imperiyasının qərbində Bibliyanın yunan tərcümələrinə ehtiyac qalmamışdı və kilsə dili latın olmuşdur.

Katolik kilsəsində Yeronim tərcüməçilərin himayəçisidir. Onun ölüm günü 30 sentyabr Beynalxalq tərcüməçilər federasiyası tərəfindən 1991-ci ildən başlayaraq Ümumdünya tərcüməçilərin günü kimi qeyd olunur.

Mənbə

Ədəbiyyat

St. Jerome – Catholic Online. St Jerome (Hieronymus) of Stridonium Orthodox synaxarion. Произведения Иеронима и статья о нём.

Kateqoriya:Xristianlıq Kateqoriya:Kilsə ataları Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Bibliya tərcüməçiləri Kateqoriya:V əsr xristian müqəddəsləri Kateqoriya:Anqlikan müqəddəsləri