Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.

Ensiklopediya Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib.

Haqqında İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.

Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.

Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir.

Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub.

Redaksiya heyəti

Yaqub Mahmudov (baş redaktor) İslam Ağayev Tofiq Babayev (məsul katib) Azər Bağırov İradə Bağırova Firdovsiyyə Əhmədova Anar İsgəndərov Nigar Maksvell Xeyrulla Məmmədov Elmira Məmmədova Mirheydər Mirzəyev Ataxan Paşayev (baş redaktor müavini) Mehman Süleymanov Kərim Şükürov

Əsas məqalələrin müəllifləri

Ramiz Abutalıbov İslam Ağayev Ağamusa Axundov Fəridə Aslanova Tofiq Babayev Azər Bağırov İradə Bağırova Xanlar Bayramov Nizami Cəfərov Mədinə Eldarova Bədirxan Əhmədov Firdovsiyyə Əhmədova Səidə Əliqızı Qabil Əliyev Aybəniz Əliyeva Altay Göyüşov İsmayıl Hacıyev Sani Hacıyev İsa Həbibbəyli Cəmil Həsənli Rövşən Hətəmov Tofiq Hüseynov Lalə Hüseynova Sara İbrahimova Anar İsgəndərov Maisə İsgəndərova Xosrov Kərimov Tamilla Kərimova Musa Qasımlı Əsgər Qədimov Nazif Qəhrəmanov Seyfəddin Qəndilov Elşad Qoca Yaqub Mahmudov Nigar Maksvell Abel Məhərrəmov Alxan Məmmədov Atamoğlan Məmmədov Fəxrəddin Məmmədov Xeyrulla Məmmədov Elmira Məmmədova Lətifə Məmmədova Mirheydər Mirzəyev İsmayıl Musayev Tofiq Mustafazadə Seyidağa Onullahi Ataxan Paşayev Əli Rəcəbli Rauf Sadıqov Əli Saləddin (Mehdiyev) Vaqif Sultanlı Mehman Süleymanov Ələmdar Şahverdiyev Kərim Şükürov Abid Tahirli Nərmin Tahirzadə Nailə Vəlixanlı

Həmçinin bax Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan ensiklopediyaları Kateqoriya:Azərbaycan dilində ensiklopediyalar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti haqqında kitablar