Enn Rays () — ABŞ yazıçısı.
Həyatı Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur. Mişel 1972-ci ildə ağır xəstəlikdən ölmüşdür. "Vampirlə görüş" əsərində Kladio adlı vampir qız həm görünüşə, həm də yaşına görə Mişelə bənzədildiyi irəli sürülür. 1978-ci ildə Kristofer adında oğlu olmuşdur. Romanları əsasında "Vampirlə görüş" və "Lənətlilər kraliçası" filmləri çəkilmişdir. Əvvəl ateist olan Enn Rays uşağını itirəndən sonra katolik məzhəbinə qayıtmışdır.
Kitabları Vampirlə görüş (1976) Bütün müqəddəslər bayramı(1979) Cənnətə səslənmək(1982) Yatan gözəlin tələbi (1983) Gözəlliyin cəzası (1984) Vampir Lestat (1985) Edenə çıxış (1985) Gözəlliyi azad buraxmaq (1985) Belinda (1986) Lənətlilər kraliçası (1988) Mumiya (1989) Təsirli zaman (1990) Bədən oğrusunun nağılı (1992) Laşer (1993) Taltos (1994) Memnoch the Devil (1995) Xudmətçinin sümükləri (1996) Kaman (1997) Pandora (1998) Armand (1998) Vittorio the Vampire (1999) Merrik (2000) Qan və Qızıl (2001) The Master of Rampling Gate (2002) Blackwood Farm (2002) İlahi Qan (2003) Şeytanla rəqs (1995)
İstinadlar
Kateqoriya:1941-ci ildə doğulanlar Kateqoriya:4 oktyabrda doğulanlar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Şimali Texas Universitetinin məzunları Kateqoriya:San-Fransisko Ştat Universitetinin məzunları Kateqoriya:Qaranlıq fentezi yazıçıları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ qadınları Kateqoriya:XX əsrin ABŞ romançıları