Günah ulduzlarımızdadır () — 2014-cü ildə ABŞ yazıçısı Con Qrinin eyniadlı əsəri əsasında rejissor Coş Bun tərəfindən çəkilmiş dram və melodram janrlı film
Məzmun 16 yaşlı Hazel Qreys Lançester 3 ildir tiroid xərçəngindən əziyyət çəkir. Xəstəlik artıq ağciyərlərinədə yayıldığı üçün həmişə yanında oksigen balonu gəzdirir. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaradılmış dəstək qurupunda seanslara gedərkən Aqustus Vaters adlı gənc bir oğlanla tanış olur. O da bir vaxtlar beyin şişi xəstəliyindən müalicə almış və ayağının birini itirmişdir. Bu iki cütlük bir müddətdən sonra bir-birlərinə aşıq olurlar. Xəstəliyə görə xəstəxanada yatan Hazelin yanından heç ayrılmayan Auqustus onun həmişə iştəmiş olduğu arzusunu reallaşdırmaq üçün onunla birgə səyahətə çıxır. Məqsəd isə, Amsterdama gedərək Hazelin ən çox sevdiyi yazıçı Piter van Houteni tapmaqdır.
Rollarda Şeylin Vudli — Hazel Qreys Lankaster Lili Kenna — Hazelin uşaqlığı Ansel Elqort — Aqustus Vaters Nat Volff — İsaak, Aqustusun görmə qüsurlu dostu Laura Dern — Frenni Lankaster, Hazelin anası Sem Trammel — Maykl Lankaster, Hazelin atası Uilyam Dafoe — Piter van Houten Lotte Verbik — Lidewic Vlieqenthart, Piterin assistantı Mayk Birbiqlia — Patrik Emili Piçer — Monika Emili Biç — Monikanın anası Karole Veyers (səs) — Enn Frank
Premyerası Filmin premyerası 2014-cü ilin 2 iyun tarixində 300-dən artıq qonağın iştirakı ilə Nyu-Yorkun Ziegfeld teatrında baş tutdu. Kitabın müəllifi Qrin veriyi açıqlamasında bildirib: "Mən kitabın ekranlaşdırılmasına icazə vermək istəmədim. Çünki Hollivud həmişə bu cür xəstəlikli mövzulara aid çoxda təsirli olmayan filmlər çəkir." Film 6 iyun 2014-cü ildə kinoteatrlarda nümayişə başladı.
Gəlir Nümayişə başladığı gündən etibarən film, Şimali Amerikada 124,872,350 dollar, digər ölkələrdə 178,412,919 dollar, ümumilikdə isə 303,285,269 dollar gəlir qazanıb.
Ev üçün buraxılış "Günah ulduzlarımızdadır" filminin DVD diski 16 sentyabr 2014-cü ildə satışa çıxarıldı. DVD-yə eyni zamanda filmdən silinmiş səhnələrdə daxildir.
İstinadlar
Xarici keçidlər
Filmin rəsmi vebsaytı
Həmçinin bax
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:2014-cü ilin dram filmləri Kateqoriya:2014-cü ilin melodram filmləri Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:İndianapolis haqqında filmlər Kateqoriya:İndiana haqqında filmlər Kateqoriya:ABŞ-nin gənclik dram filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Dostluq haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Temple Hill Entertainment filmləri Kateqoriya:Məktəb haqqında filmlər Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər