Sultan Hüseyn Mirzə () — Səfəvi şahzadəsi.

Həyatı Bəhram mirzə Səfəvi və Zeynəbsultan xanımın ikinci oğlu olaraq dünyaya gəlmişdi. 1555-1557-ci illərdə Sistan, 1557-1576-cı illərdə Qəndəhar, 1558-1566-cı illərdə Zəmindəvar hakimi olmuşdur. Əmisi I Təhmasibin ölümündən bir neçə ay sonra 1576-cı ilin payızında Qəndəhardakı qəsrində vəfat etmişdir. Bəzi tarixçilərin fikrinə görə onu qardaşı II İsmayıl öldürtmüşAfushta Natanzi, Nuqāvat: 46 və ya intihar etmişdir.Mirzəbəy Həsən əl-Hüseyni Cunabadi «Rövzət-üs-səfəviyyə», səh.580

Ailəsi Oğulları: Məhəmməd Hüseyn Mirzə (1563-1600) Müzəffər Hüseyn Mirzə - Qəndəhar hakimi Sultan Rüstəm Mirzə - Zəmindəvar və Gərmşir hakimi Sultan Səncər Mirzə (ö. 1596) Əbu Səid Mirzə (ö. 1596) Qızları: Oğlanpaşa xanım - ilk dəfə Həmzə Mirzə ilə, daha sonra isə Şah Abbas ilə evlənmişdir.

İstinadlar

Kateqoriya:Səfəvi şahzadələri