Dritero Aqolli (13 Oktyabr 1931 – 3 Fevral 2017) - Albaniya şairi və yazıçısı. 1973-cü ildən Albaniya Yazıçılar və Rəssamlar Birliyinin prezidenti idi.
Həyatı
Aqolli 1931-ci ildə Albaniyanın Qoritsa vilayətininin Menkulas kəndində anadan oldu. Orta təhsilini 1952-ci ildə Erqiridə tamamladıqdan sonra 1957-ci ildə Leninqrad Universitetindən məzun oldu. O dövrdə sosialist rejimlə idarə olunan Albaniyaya qayıaraq "Zëri i Popullit" ("Xalqın səsi") qəzetində işləməyə başladı. Eyni zamanda Tirana Universitetində dərs verirdi. 1973-1992-ci illərdə Albaniya Yazıçılar və Sənətçilər Birliyinin prezidenti oldu.
Aqolli realist əsərləri ilə tanınır. Ən məşhur əsəri "Komissar Memo" romanıdır.
Şair də olan Drietro Aqollinin şeirlərinin əsas mövzusu insanlıq problemləri və təbiətdir.
Aqolli 3 fevral 2017-ci ildə Tiranada 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Əsərləri
"Yolumdan ayrıldım" (Në Udhë Dola, 1958) "Asfalt yolda addımların" (Hapat E Mija Në Asfalt, 1961) "Dağ yolları və qaldırımlar" (Shtigje malesh dhe trotuare, 1965) "Komissar Memo" (Komisari Memo, 1970) "Yoldaş Zilonun yüksəlişi və düşüşü" (Shkëlqimi Dhe Rënja E Shokut Zylo, 1973) "Silahlı adam" (Njeriu Me Top, 1975) "Gecikən gəzgin" (Pelegrini i Vonuar, 1993) "Zaman dilənçisi" (Lypësi i Kohës, 1995) "Çılğın insanlar" (Njerëz Të Krisur, 1995) "Babalarımızın ruhu" (Shpirti i Gjyshërve,1996) "Əcnəbi yaxınlaşır" (Vjen Njeriu İ Çuditshëm,1996) "Çığlaq at minicisi" (Kalorësi Lakuriq, 1996) "Atam və özüm üçün balladalar" (Baladë për tim atë dhe për vete, 1997) "Şeytan qutusu" (Arka e Djallit, 1997) "Gecəyarısı dəftəri" (Fletorka e mesnatës,1998) "Ağır zəng" (Kambana e Largët, 1998)
Biblioqrafiya Akademia e Shkencave e Shqipërisë (2008) (in Albanian), Fjalor Enciklopedik Shqiptar (Albanian encyclopedia), Tirana, ISBN 978-99956-10-27-2 Robert Elsie, Historical Dictionary of Albania, New Edition, 2004, ISBN 0-8108-4872-4 Shefki Hysa, "The Diplomacy of self-denial" (Diplomacia e vetëmohimit), publicistic, Tirana, 2008, ISBN 978-99956-650-3-6 Namik Selmani, "Salute from Chameria" publicistic, (2009), Tirana, ISBN 978-99956-33-28-8
İstinadlar
Xarici keçidlər
Poetry by Dritëro Agolli
Kateqoriya:1931-ci ildə doğulanlar Kateqoriya:13 oktyabrda doğulanlar Kateqoriya:Albaniyada doğulanlar Kateqoriya:Albaniya yazıçıları Kateqoriya:Albaniya şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:Albaniya romançıları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr Albaniya siyasətçiləri Kateqoriya:Dramlar