BackTrack Linux əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutlmuş bir əməliyyat sistemidir. İçindəki alətlərin köməyi ilə bir çox sahədə test aparmaq mümkündür. Masaüstü mühiti olaraq Bash, KDE Plasma Desktop, Fluxbox və GNOME istifadə olunur. BackTrack hazırda dəstəklənmir. Səbəbi isə tərtibatçıların daha üstün bir əməliyyat sistemi olan Kali Linux-ı yaratması olmuşdur. Alətlər BackTrack istifadəçilərə port skanerlərindən Təhlükəsizlik Auditinə qədər hərtərəfli və geniş təhlükəsizliklə bağlı alətlər toplusuna asan çıxış təmin etdi. Live CD və Live USB funksionallığına dəstək istifadəçilərə quraşdırma tələb etmədən birbaşa portativ mediadan BackTrack-i yükləməyə imkan verdi, baxmayaraq ki, sabit diskə və şəbəkəyə daimi quraşdırma da seçim idi.

BackTrack-a bir çox tanınmış təhlükəsizlik alətləri daxildir: Metasploit Wi-Fi drayverlər Aircrack-ng Gerix Wifi Cracker (Aircrack-ng) Kismet Nmap Ophcrack Ettercap Wireshark (əvvəllər Ethereal kimi tanınırdı) BeEF Hydra OWASP Cisco OCS Mass Scanner Böyük Exploit kolleksiyası Armitage

Versiyalar Tarix Buraxılış 5 Fevral 2006 BackTrack v.1.0 (beta versiya) 26 May 2006 Backtrack v.1.0 (ilk versiya) 6 Mart 2007 BackTrack 2 19 İyun 2008 BackTrack 3 9 Yanvar 2010 BackTrack 4 (Linux kernel 2.6.30.9) 8 May 2010 BackTrack 4 R1 22 Noyabr 2010 BackTrack 4 R2 10 May 2011 BackTrack 5 (Linux kernel 2.6.38) 18 Avqust 2011 BackTrack 5 R1 (Linux kernel 2.6.39.5) 1 Mart 2012 BackTrack 5 R2 (Linux kernel 3.2.6) 13 Avqust 2012 BackTrack 5 R3 Həmçinin bax Kali Linux

Xarici keçidlər Rəsmi saytı Kali Linux Rəsmi Saytı

Kateqoriya:Linux paylanmaları