Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi.

Mənbələrdə Elam Elam tarixi barədə əsasən yazılı qaynaqlar məlumat verirlər. Bunlar yerli, Elam və yadelli, Akkad yazılı mənbələrdən ibarətdir. Yerli qaynaqlar piktoqramma, yaxud protoelam xətti və mixi yazılardır. Xətti yazılar, o cümlədən piktoqramma, elam dilində tərtib olunmuşlar. Mixi yazılar isə həm elam, həm də şumer-akkad dillərində yazılmışdılar. Bu qaynaqlar Elamda mövcud olan ictimai, iqtisadi, hüquqi və siyasi münasibətlər barədə məlumatlar saxlamışlar. Şumer-akkad (həmçinin assur-babil) mixi yazıları Elam ilə İkiçayarasında baş vermiş siyasi hadisələri əks etdirmişlər. Elam piktoqrafiyası şəkli işarələrdən ibarət olmuşdur. Güman ki, belə işarələrin sayı 150-yə çatırdı. Şəkillər müxtəlif əşyaları, heyvanları təsvir edirdilər. Piktoqrafiya vasitəsilə təsərrüfat haqq-hesabı aparılırdı. Malların verilməsi və alınması qeyd olunurdu. Gil kitabələr üzərində atların başı, yallı və yalsız təsvirləri verilirdi. Yəqin ki, yalsız təsvir dayçanı, dik yallı ayğırı, yanakı yallı isə madyanı bildirirdi. Piktoqrafik yazıların öyrənilməsi davam etdirilir. Elam piktoqrafik yazıları əvvəlcə Suz, sonra isə Coğa-Miş, Yəhya təpə, Qodin-təpə, Məlyan təpə və başqa qazıntılar zamanı aşkar edilmişdi. Piktoqrafik yazıların müxtəlif yerlərdə tapılması belə bir qənaətə gətirmişdir ki, elam piktoqrafik işarələri müxtəlif dillərdə tətbiq olunurmuş. Piktoqrafiya əsasında elam xətti yazısı icad edilmişdi. Güman ki, xətti yazı təxminən 80 işarədən ibarət olmuşdu. İşarə heca kimi oxunulurdu. Xətti yazı ilə Elam hökmdarı Kutik-İnşuşinakın kitabələri yazılmışdı. Bu kitabələr ithaf xüsusiyyəti ddaşıyırdılar. Xətti yazılar Elam yazı sisteminin sonuncu nümayəndəsidir. Xətti yazıların oxunuşunda və məzmununun açılmasında alman alimi Valter Hinsin xidmətləri böyükdür. Qazıntılar zamanı aşkar edilmiş yazılı qaynaqların ilkin tədqiqatı və çap edilməsi fransız alimi V. Şeylin adı ilə bağlıdır. Elam mixi yazılı qaynaqları cərgəsinə "Akkad hökmdarı Naram-Suen ilə müqavilə" mətni daxildir. Mətn Elam dilində tərtib olunmuşdur. Akkad mətni hələ tapılmamışdır. Elam hökmdarı Şilhak-İnşuşinak salnaməsi və kitabələri elam dilində yazılmışdı. Onun kitabələrində Elam hökmdarlarının soy tarixi (genealogiyası) əks olunmuşdur. Bir çox Elam hökmdarlarının kitabələri ana dilində yazılırdı. Yazıların əksəriyyəti tikinti işləri və məbədlərin bərpası barədə məlumat verir. Kahin Şunturu elam dilində kitabə tərtib etdirmişdi. Kitabədə məbəd qulları, məbə ayrı-ayrı şəxslər tərəfindən hədiyyə verilmiş torpaq sahələri, məd mülkiyyətinin hifz edilməsi və toxunulmazlığı, bununla əlaqədar hökmdar fərmanı barədə bəhs edilir. Suz şəhərində tapılmış 300-dən artıq sənəd elam dilində yazılmışdı. "Suz təsərrüfat sənədləri" e.ə VI əsrə aiddirlər. Sənədlər hökmdar sənətkarlıq təsərrüfatında əmlak və əşyaların qəbulu və buraxılışı, sənət əşyalarının hazırlanması, təsərrüfat işçiləri haqqında müxtəlif məlumatlar saxlamışlar. Əhəməni hökmdarı I Daranın hakimiyyətə gəlməsi, ölkədə, o cümlədən Elamda baş vermiş üsyanları yatırması öz əksini tapmışdır. Elam dili Əhəməni dövlətinin dəftərxana dili kimi işlənirdi. Əhəməni dövrünə aid elam dilində minlərlə təsərrüfat sənədləri aşkar edilmişdir. Bunlar "Persepol kitabələri" və "Qala kitabələri" adı altında məlumdur.Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 140-141. ISBN 978-9952-34-677-0.

Elam qaynaqları həm də akkad dilində tərtib olunurdu. Erkən "Elam hökmdarlar siyahıları " və Kutik-İnşuşinakın salnaməsi akkad dilində yazılmışdı. Salnamədə Kutik-İnşuşinakın işğalları, Simaşki vilayətini tabe etməsi və Kutium ölkəsinə gəlib çatması barədə məlumat verilirdi. Akkad dilində yüzlərlə "Elam təsərrüfat sənədləri " aşkar edilmişdi.Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 61. ISBN 978-9952-34-677-0. Bu sənədlər Elamın ictimai-iqtisadi tarixini öyrənmək üçün əvəzsiz əhəmiyyətə malikdir. Bu akkaddilli Elam kitabələri əsasən e.ə II minilliyin birinci yarısında mövcud olmuş ictimai-iqtisadi və hüquqi münasibətləri əks etdirilər. Assuriya hökmdarlarının salnamələri, xüsusilə Aşşurbanipalın salnaməsi və "Babil xronikası" Elamın siyasi tarixi barədə mühüm məlumatlar saxlamışlar.

Elamın öyrənilməsi thumb|343x343px|Suz şəhərinin 50 km-də Çoqa Zəmbil ("Zənbil təpə") qazıntılarında aşkar edilmiş qədim Dur-Untaş şəhərində zikkurat Elam tarixi arxeoloji və yazılı qaynaqlar əsasında öyrənilir. Elam ərazisi XIX əsrin ortalarından arxeoloji cəhətdən tədqiq olunmağa başlamışdır. Suz şəhərinin ilk tədqiqatçıları arxeoloq V. Loftus və M.Delafua olmuşdur. XIX əsrin sonundan Suz qazıntıları Jak de MorqanınMorgan J. Observations sur les couches profoundes de l’Acropole de Suse // MDP, t. XIII, Paris: Librairie Emest Leroux, 1912, p. 1-25.Morgan J. La prehistoire Orientale, t. III, Paris: P.Gauthner, 1927, 458 p, R. MekkeneminMecquenem R. Fouilles de Suse (campagnes 1923-1924) //R A , t. 23, 1924, p. 105-118. Mecquenem R. Excavations at Suse (Persia), 1930-1931 / / Antiquiti, 1931, p. 330-343. Mecquenem R. Fouilles de Suse 1929-1933 (sur l’acropole et la ville royale) // MMAP, t. XXV, Paris: Librairie Emest Leroux, 1934, p. 177-237. Mecquenem R. Fouilles de Suse 1933-1938 // MMAL t. XXIX, Paris: Librairie Emest Leroux, 1943, p. 3-161. Mecquenem R. Epigraphie Proto-Elamite // MMAI, t. XXXI, Paris: Press University de France, 1949, p. 5-150. Mecquenem R. Notes proto-elamites // RA, 1956, JN250, 200-204., sonra da R.Girşmanın rəhbərliyi altında fransız arxeoloji ekspedisiyasıGhirschman R. Une tablette proto-elamite du plateau iranien // RA, 1934, vol. 31, p. 115-119. Ghirschman R. Fouilles de Tepe-Sialk, vol. I, Paris; RGeuthner, 1938, 406 p. Ghirschman R. L’ Iran des origines a I’Islam, Paris: Payot, 1951, 330 p. tərəfindən ardıcıl aparılmışdı. Suz qazıntıları zamanı Elamın arxaik, qədim və sonrakı (Əhəməni, Sələfi, Parfiya, Sasani və ərəb) dövrlərinə aid müxtəlif materiallar, o cümlədən piktoqrafik və mixi kitabələr aşkar edilmişdir. Əmək alətləri, əlvan qablar, mis balta, kərki, iynə, biz və güzgülərlə yanaşı Naram-Suenin, Hammurapinin yazılı abidələri tapılmışdır. Suz akropolu (qalası) və onun gizli tikintiləri tədqiq olunub başa çatdırılmışdı. Suz şəhərinin 50 km-də Çoqa Zəmbil ("Zənbil təpə") qazıntıları qədim Dur-Untaş şəhərini üzə çıxartdı. Bu şəhər e.ə XIII əsrdə Elam hökmdarı Untaş-Humban tərəfindən tikdirilmişdi. Qazıntıları R. Mekkenem başlamış və R. Girşman başa çatdırmışdı. Şəhərin ərazisində bir sıra məbədlər, o cümlədən böyük qülləli zikkurat aşkar edilmişdi. Zikkurat beş mərtəbədən ibarət olmuşdu. Məbəd divarlarının eni bəzən 3,5 m-ə çatırdı. Məbədlərdən elam dilində tərtib dilində tərtib olunmuş xeyli ithaf mixi yazıları üzə çıxdı. 1946-cı ildə D. Makkonun Ram-Hörmüz vadisində qazıntılar aparmışdı. Qazıntılar e.ə II minilliyə aid Elam yazılarını aşkar etmişdi. İran arxeoloqu E. Nikahban Həft-təpə ("Yeddi təpə") qazıntılarına rəhbərlik edirdi. O, e.ə XV əsrdə hakimiyyətə gəlmiş Elam hökmdarı Temptiaxarın akkad dilində tərtib olunmuş daş kitabəsini aşkar etmişdi. Le Breton arxeoloji materialların tarixi ardıcıllığına uyğun təsnifatını vermişdi.Le Breton L. Note sur la ceramiques peinte aux environs de Suse et ä Suse// MMAI, t. XXX, Paris; Press University de France, 1947, p. 120-219. Le Breton L. The Early periods at Susa. Mesopotamian Relations // Iraq, 1957, vol. 19, p. 79-124. Elam tarixi ilə əlaqədar yerüstü abidələr də öyrənilirdi. Malamir vadisində (Karun çayının sol sahili) üstündə Elam dilində yazısı olan daş heykəllər tapılmışdı. Şikafti Salman yarğanlığında üstündə yazı olan qaya-heykəllər aşkar edilmişdi. Qazıntılar akkad, elam mixi yazılı kitabələri və piktoqrafik yazıları üzə çıxardı.

Elam tarixinə aid ilk qısahəcmli kitabça F. Köniqin qələmindən çıxmışdı. C. Kameronun " İranın erkən tarixi " əsərində Elam tarixinə nisbətən təfsilatlı nəzər yetirilmişdi. V. Hinsin Elamın xüsusilə siyasi tarixinə "Elam dövləti" kitabı həsr olunmuşdu. Y.B.Yusifov "Elam ictimai-iqtisadi tarix" adlı irihəcmli əsəri çap etdirmişdi. Son on illər ərzində elam dilinin qrammatikasına dair E. Rayner, R. Hallok, A. Kammenhuber, Y. B. Yusifovun bu və ya digər həcmdə tədqiqatları çapdan çıxmışdı.Kanmıenhuber A. Historisch-geographische Nachrichten aus der althurritischen uberli eferung, dem altelamischen und den inschriften der könige von Akkad fiir die zeit vor dem einfal der Gutaer (CA. 2200/2136) // AAASH, tom, XXII, 1974, s. 157-247.Hallock R. Persepolis Fortifacation Tablets, Chicago. The University o f Chicago press, 1969, 748 p.Reiner E. The Elamite Language. Altkleinasiatische Sprachen. Leiden, Köln: E.J.Brill, 1969, p. 54-118. Reiner E. The Location of Ansan // RA, 1973, JV2 67, p. 57-62. Reiner E. Tall-i Malyan. Epigraphic finds 1971-72 // Iran, 1974, vol. XII, p. 176.

Elamın ərazisi Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə etmişdir. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adı ilə tanınırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından ayırırdı. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir. Cənub-şərqə uzanan sıldırım dağlar bəxtiyarların torpaqlarına çatır və bunun əsas zirvəsi Zərdi kuh adlanır. Dəclə və Şətt-ül-Ərəb çayları Elamı İkiçayarasından, Kirman silsiləsi isə Dəşti-Lüt səhrasından ayırırdı. Bu geniş ərazini qonşu xalqlar “Uca yer”, “Yüksək ölkə” (şumercə Nim, akkadca Elamtu, qədim farsca Uvca) adlandırırdı. Tarix elmində tətbiq olunan “Elam” termini Tövratdan götürülmüşdür.Əlimirzəyev, Allahverdi. Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər) (az.). Bakı: Şərq-Qərb Nəşriyyat evi. 2011. 6. ISBN 978-9952-34-677-0.

Bu ərazi e.ə VI–IV minilliklər ərzində əkinçi-maldar tayfalar tərəfindən mənimsənilmişdi. E.ə III minillikdən etibarən ölkə Elam, əhalisi isə elamlı adı altında tanınmağa başlamışdı. Ola bilsin ki, elamlı adlandırdığımız əhali bu ərazinin ilk sakinləri olmuşlar. Erkən Elam mədəniyyətinin təsiri İran ərazisində və İkiçayarasında aşkar edilmişdir. Qonşu şumerlər, bu ölkəni Nim ("yüksək ölkə") adlandırmışdılar. Akkad mənbələri isə bu adı Elamtu kimi tələffüz edirdilər. Elamlılar öz ölkəsini Hatamti (yaxud Halamti), qədim fars mənbələri Uvca (yaxud Uca) kimi əks edirdilər. Orta əsr qaynaqları burada hozi dilini yad etmişdilər. Xuzistan adı hozi sözündən əmələ gəlmişdir.

Qədim Elam dövrü (e.ə III minillik – e.ə II minilliyin ortası)