Alber Qlez () — Fransa rəssamı, nəzəriyyəçisi və yazıçısı. Daha çox rəssam kimi tanınır.

Həyatı 1881-ci ildə Parisdə anadan olmuşdur. Qlez, ilk rəsm əsərlərində Pol Sezannın təsiri ilə rəngdə dəyişikliklər etdi. Bundan sonra kubizm üslubuna yönəlib dövrün digər kubizm sənətçiləri olan Jorj Brak və Pablo Pikassonun üslublarına yaxınlaşmışdır. 1912-ci ildə Jan Metzinger ilə birlikdə kubizmdən bəhs edən "Kubizm haqda" (DuCubisme) adlı kitabı nəşr olundu. "Bruklin körpüsü" (1917; Quqqenhaym muzeyi, Nyu-York) əsəri ən məşhur əsərlərindən biridir. Ömrünün son illərində dini kubizmə yönəlmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa rəssamları Kateqoriya:Fransız rəssamlar Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fovizm Kateqoriya:Fransanın impressionist rəssamları