Dmitri Ömər bəy Şervaşidze — Abxaziya knyazı.
Həyatı
Georgi Səfər bəy Şervaşidze və Tamara Dadianinin ilk övladı idi. Dmitri Sankt-Peterburqda hərbi təhsil almış və Rus ordusunda polkovnik rütbəsi almışdı. Əsl adı Ömər olsa da xristian olduqdan sonra Dmitri adını qəbul etmişdir. Atasının ölümündən sonra 1821-ci ildə knyaz olmuş, lakin 1822-ci ildə Abxaziyanın Lıxnı qəsəbəsində zəhərlənərək öldürülmüşdür. Övladı olmadığı üçün yerinə kiçik qardaşı Mixail Həmid bəy Şervaşidze keçmişdir. Mənbə
Kateqoriya:XIX əsr şəxsləri