İstanbul Müasir İncəsənət Muzeyi (tr. İstanbul Modern Sanat Müzesi) və ya İstanbul Modern — Türkiyənin İstanbul şəhərində yerləşən incəsənət muzeyi. Muzeyin açılış mərasimi 11 dekabr 2004-cü ildə olmuşdur. Muzeyin özü isə Əczaçıbaşı ailəsinin və İstanbul Mədəniyyət-İncəsənət Fondunun təşəbbüsü ilə qurulmuşdur.

Muzey Karaköy limanında, Memar Sinan Universiteti İncəsənət Fakültəsinin yanında yerləşir. Muzey anbar binasının əsasında qurulmuşdur. 2003-cü ildə bu binada 8-ci Beynəlxalq İstanbul Bennaial tədbiri keçirilmişdir. Muzeyin açılış mərasimi 2004-cü ilin 11 dekabrında baş tutmuşdur.

Kolleksiya Muzeyin əsas sərgilənən kolleksiyası müasir incəsənət əsərləri — heykəllər, rəsmlər təşkil edir.

Mükafatlar Türkiyə prezidenti Abdullah Gül 2010-cu ilin 5 dekabrında Mədəniyyət və İncəsənət Böyük mükafatlarını tarix sahəsində Cemal Kafadara, rəsm sahəsində Ergin İnana, mədəniyyət qurumu sahəsində isə İstanbul Müasir İncəsənət muzeyinə vermişdir.

Muzeyin direktoru Oya Əczaçıbaşı ilə İMİF prezidenti Görgün Taner Fransanın ən yüksək dövlət mükafatı olan "Fəxri Legion ordeni"nə layiq görülmüşlər. Mükafat Fransanın Türkiyədəki səfiri Bernard Emiri tərəfindən verilmişdir.

2009-cu ildə Bursada keçirilən Avropa Muzeyləri Forumunda (EMF) İstanbul Müasir İncəsənət Muzeyi ziyarətçilərə verdiyi önəmə görə xüsusi mükafata layiq görülmüşdür.

Qalereya

Xarici keçidlər Muzeyin tanıtımı

Mükafatlar

Kateqoriya:2004-cü ildə Türkiyədə yarananlar Kateqoriya:İstanbul muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Türkiyədəki incəsənət muzeyləri