() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Azərbaycanda, Orta Asiya Respublikalarında, Türkiyə, İraq və İranda yayılmışdır.

Azərbaycanda yayılması Zaqatala-Balakən və Naxçıvan MR (Babək, Şahbuz) ərazilərində dəniz səviyyəsindən 800–2000 m yüksəkliklərdə təbii halda rast gəlinir.

Statusu Azərbaycanın nadir bitki növüdür. EN A1abc; Bb(i, ii).

Bitdiyi yer Quru, əsasən daşlı, bəzən yamaclarda tək ağaclarla bitir, bəzən kiçik kolluqlar əmələ gətirir.

Təbii ehtiyatı Azərbaycanda dar bir arealda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 6–10 m-ədək olan, enli çətirli ağacdır. Budaqları tünd boz, illik budaqları və zoğları tükcüklüdür. İynələri yoxdur. Yarpaqları möhkəm, göyümtül yaşıl; alt yarpaqları tərs yumurtavarı, çox vaxt uzunsov, ucu iridişli və ya üç hissəli, yuxarı yarpaqların uzunluğu və eni 4,5–6,5 sm, rombvari və ya enli tərs yumurtavarı, bünövrəsi enli, dərin 5 bölümlü, çox vaxt 3 yerə bölünmüş orta hissəli və ya yeddi yerə bölünmüşdür. Qanadları əsasən uzunsov, onların uzunluğu çox vaxt enindən 3 dəfə çox, kənarları bütöv, ucunda 1–4 iri dişlidir. Bəzi fərdlərdə bütün yarpaqları üç qanadlıdır. Saplağının uzunluğu 1–1,5 sm-dir. Çiçək qrupları yığcam, diametri 3–5 sm, 8–14 çiçəkli, tükcüklü oxlu və uzunluğu 3–7 mm olan çiçək saplaqlıdır. Çiçəklərin diametri 1,5–2 sm olub kasayarpaqları enli üçkünc, biz, meyvələrində əyilmişdir. Erkəkcikləri 20, ağ tozluqludur. Sütuncuqları 2–3-dür. Meyvələri 1–2 ədəd olub diametri 15–28 mmə qədər olur və rəngi sarı, yaşıl narıncıdan narıncı sarıyadək, bəzən qırmızımtıl olur. Çəyirdəkləri 2–3 ədəd, birinci halda hamar üst tərəfi, ikincidə küt, üç hissəlidir. Mayda iyulda çiçəkləyir. Sentyabrda meyvə verir.

Çoxalması Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1853-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər